Məhkəmə qərarları › İş №3(014)-99/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-99/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-99/2025 24.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə 22 avqust 1989-cu ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra X2 528.1-1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-517/2020 nömrəli, 18 mart 2020-ci il tarixli icra sənədinə əsasən 3915 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməkdən imtina etmiş, beləliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-517/2020 nömrəli, 18 mart 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 3915 manat məbləğində alimnet borcu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Sözügedən icra sənədi 05 aprel 2022-ci il tarixdə icraatına daxil olmuş, həmin tarixdə də tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair Şəxs bildiriş göndərilmişdir. Lakin Şəxs İcra şöbəsinə yaxınlaşmadığı üçün borclunun məcburi gətirilməsi barədə tərəfindən təqdimat yazılmış və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş və həmin qərardad icra olunması üçün Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs icra sənədi üzrə tələb olunan aliment borcunu ödəmədiyindən məhkəmənin qərarı ilə iki dəfə inzibati qaydada həbs olunmuşdur. Sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə inzibati qaydada həbs olunmuş və həmin vaxta borcu 2955 manat təşkil etmişdir. Bugünədək heç bir ödəniş etmədiyindən aliment borcu yığılaraq 3915 manat olmuşdur. Borclu Şəxs çağırışlara gəlmədiyindən barəsində 11 fevral 2025-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş və icra olunması üçün Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. 21 fevral 2025-ci il tarixdə şöbəyə gətirilərək təhvil verilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ramin Abbasov sualları cavablandırarq bildirdi ki, dəfələrlə Şəxs borun ödənilməsinə dair xəbərdarlıq məktubu göndəilməsinə baxmayaraq o, nə İcra şöbəsinə gəlmiş, nə də aliment borcundan ödənişlər etmişdir. 10 iyul 2024-ci il və 13 avqust 2024cü il tarixlərdə Şəxs Qarabağda işləyərkən onun işlədiyi müəssisəsəyə borcun əməkhaqqına yönəldilməsinə dair məktub göndərmiş, həmin şirkətdən cavab məktubu gəlmiş və məktubda Şəxs əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. Həmçinin həmin məktubdan Şəxs cəmi bir ay işlədiyi müəyyən olunur. O, həmin müddətdə aliment borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, əvvəllər aliment borcundan ödənişlər edirdi. Lakin sonradan ödənişlər edə bilmədiyindən borc yığılmışdır. 2024-cü il tarixdə Qarabağa işləmək üçün getmiş və orada 900 manat əmək haqqı almışdır. Əməkhaqqını aldığı zaman alimenti ödəməklə yanaşı yığılmış borcdan da ödənişlər etmişdir. Həmin ödənişlər barədə icra məmuruna heç bir sənəd təqdim etməmişdir. Daha sonra iş tapmadığından borcunu ödəyə bilməmiş və iki dəfə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra Bakı şəhərinə gedərək özünə iş tapmışdır. İşləyib hər ay 400 manat məbləğində ödəniş edəcəyinə söz verir. Şəxs verilən sualları cavablandıraraq bildirdi ki, o, Qarabağda 3 ay işləmişdir. Həmin vaxt tələbkarın özünə və icra məmuruna ödənişləri əlbəəl etmişdir. Ümumilikdə 1000 manat ödəniş etmişdir. O, uşaqlara geyimlər də almış, eyni zamanda həkimlərə də aparmışdır. Hazırda aliment borcundan ödəniş etmək imkanı yoxdur. Laki hər ay işləyib alimenti və yığılmış borcdan ödənişlər edəcəyinə söz verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-517/2020 nömrəli, 18 mart 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Şəxs 24 sentyabr 2016-cı ildə anadan olmuş X7 və 15 iyun 2019-cu ildə anadan olmuş X3 18 yaşına çatana qədər saxlaılmaları üçün X1 xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması, cavabdeh Şəxs 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 05 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-517/2020 nömrəli, 18 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs qeydiyyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-167/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun borclu Şəxs məcburi gətirilməsi barədə təqdimatı təmin olunaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 71722/2022-71-6-008 saylı icra işi üzrə borclu, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsinə dair qərar qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-129/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Mirzəyev X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-497/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Mirzəyev X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə ona 10 (on) gün müddətə inzibati həbs tətbiq olunmuşdur. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 11 fevral 2025-ci il tarixli borclunun axtarılması barədə qərarın surətindən görünür ki, 22 avqust 1989-cu il təvəllüdlü Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs 17 fevral 2025-cii l tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində verdiyi izahatından görünür ki, o, 3915 manat aliment borcundan hər ay vaxtı-vaxtında 400 manat məbləğində ödəniş edəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-517/2020 nömrəli, 18 mart 2020-ci il tarixli icra sənədinin icrasını tam təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Mirzəyev X4 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı aliment borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu tam ödəyə bilmədiyi halda Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə daha əsaslı hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Mirzəyev X4 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində müəyyən müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbs müddətinin əvvəli 24 fevral 2025-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X10 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 05 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Ağdaş rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X6 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 24 fevral 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X6 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar