Məhkəmə qərarları › İş №3(015)-1002/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1002/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1002/2025 08.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3cü maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsinin yoxlayıcıları tərəfindən xx.xx.2025-ci il tarixdə hüquqi ünvanı ünvan 1 ünvanında yerləşən, Ağstafa şəhəri H.Əliyev küçəsində fəaliyyət göstərən Şəxs MMC-də aparılmış plandankənar (növbədənkənar) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması və resept əsasında buraxılan dərman vasitlərinin respetsiz satışı faktları aşkar etmişdir. Buna görə də Şəxs MMC-nin barəsində İXM-nin 452.1 və 452.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 özünü təqsirli bilərək bildirdi ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsinin yoxlayıcıları tərəfindən xx.xx.2025-ci il tarixdə Ağstafa şəhəri H.Əliyev küçəsində fəaliyyət göstərən Şəxs MMC-də aparılmış yoxlama zamanı resept əsasında buraxılan dərman vasitlərinin respetsiz satışı faktları aşkar etmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsinin yoxlayıcıları tərəfindən xx.xx.2025-ci il tarixdə Ağstafa şəhəri H.Əliyev küçəsində fəaliyyət göstərən Şəxs MMC-də aparılmış plandankənar (növbədənkənar) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması və resept əsasında buraxılan dərman vasitlərinin respetsiz satışı faktları aşkar edilmişdir. Bu səbədən hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məlum olduğu kimi, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən resept əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsinin reseptə yazılması halı istisna olmaqla, reseptdə dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin yazılması qadağandır. Dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında resept üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinin dövlət qeydiyyatı tələb olunmur. Həmin qaydalara əməl edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin xətanı törədən istənilən şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahatları, materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, Ə-231 saylı akt və materiala əlavə olunmuş digər sənədlərlə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsinin yoxlayıcıları tərəfindən xx.xx.2025-ci il tarixdə hüquqi ünvanı ünvan 1 ünvanında yerləşən, Ağstafa şəhəri H.Əliyev küçəsində fəaliyyət göstərən Şəxs MMC-də aparılmış plandankənar (növbədənkənar) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması və resept əsasında buraxılan dərman vasitlərinin respetsiz satışı faktları aşkar etmişdir. Belə ki, İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 8.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. . Həmin hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, Şəxs MMC tərəfindən İXM-nin 452.1 və 452.3-cü maddələrinə nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahatları, materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, Ə-231 saylı akt və materiala əlavə olunmuş digər sənədlərlə ilə tam sübut olunur və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, həmin cəmiyyət İXM-nin 452.1 və 452.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC inzibati qaydada cərimə olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs MMC daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə tənbehi tətbiq olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 18, 114.1.1, 115, 117, 118, 452.1 və 452.3cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs (Ünvan: ünvan 1 ünvanında yerləşən, VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətməsinə görə təqsirli bilinib 1100 (min yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar