Məhkəmə qərarları › İş №3(015)-1007/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1007/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1007/2024 14.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağstafa şəhəri, Qarabağ məhəlləsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(015)-265/2022 saylı icra sənədinə əsasən Şəxs 03 fevral 2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Tunar və xx.xx.2018-ci il təvəllüdlü Tuncay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutulub X3 ödənilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, hazırda plastik qapı-pəncərə sexində fəhlə işləyir və 300 manat əmək haqqı alır. Həmin puldan 170 manat hər ay aliment ödəyir. Həmçinin uşaqları üçün ara-sıra alimentdən əlavə ödəniş də etmişdir. Təxminən 2 il əvvəl tələbkar notariusda ərizə verərək onun 240 manat alimenti ödəmək imkanı olmadığı üçün hər ay 150 manat ödəniş edilməsinə razılıq vermişdir. Ciyar xəstəliyindən əziyyət çəkir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, borclu aliment borcundan hər ay 170 manat ödəniş etsə də, alimenti tam olaraq ödəməmişdir. Borclu uşaqlarını ondan alaraq ona göstərməmiş və onun valideynləri alimentdən imtina etməsi müqabilində uşaqların ona veriləcəyini bildirmişdir. O da məcbur olub notariusda tələbkarın 240 manat deyil 150 manat aliment ödəməsinı razılıq vermişdir. Lakin hazırda həmin ərizədən imtina etmiş və imtina ərizəsini icra məmuruna vermişdir. O, uşaqları ilə birlikdə kirayədə yaşayır. Borclunun ödədiyi pul ilə uşaqların tələbatını təmin edə bilmir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs təyin olunmuş 240 manat alimenti tələbkara tam şəkildə ödəməmiş və onun aliment üzrə 1290 manat borcu yaranmışdır. Tələbkar xx.xx.2022-ci il tarixdə ərizə verərək borclunun hər ay 150 manat ödəməsinə razı olmasını bildirmiş, daha sonra onun xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş ərizəsində alimentin tam ödənilməsini və yığılıb qalan 1290 manat borcunun ödənilməsini xahiş etmişdir. Göründüyü kimi tələbkar X5 xx.xx.2022-ci il tarixdə notarial qaydada ərizə verərək tələbkar Şəxs məhkəmə qətnaməsi ilə təyin edilmiş 240 manat alimenti borclunun ödəyə bilmədiyi üçün hər ay 150 manat aliment ödəməsinə razılıq vermişdir. Daha sonra onun Ağstafa rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsindən görünür ki, o, maddi vəziyyətinin ağır olmasını, uşaqların tələbatının artması səbəbindən alimentin tam ödənilməsinə ehtiyacı olmasını və xx.xx.2022-ci il tarixli ərizəsinin etibarsız hesab olunmasını, yığılıb qalan 1290 manat borcun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında razılaşma olduğundan və tələbkarın ərizəsinin məhz xx.xx.2024-cü il tarixdə daxil olduğundan həmin borcun ödənilməsi üçün borcluya şərait yaradılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar