Məhkəmə qərarları › İş №3(015)-1012/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1012/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1012/2023 20.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə Ağstafa rayon Polis şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır: Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 127-ci maddəsinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icrarat aparılan şəxsin inzibati qaydada cərimə olunmasına dair birinci inzibati xəta haqqında qərardan məlumatının olubolmaması, (halbuki İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranması üçün bu zəruridir), eləcə də həmin şəxsin barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına dair materiala heç bir sənəd əlavə edilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Ağstafa rayon Polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ağstafa rayon Polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Ağstafa rayon Polis şöbəsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar