Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1034/2024 17.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Qazax rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün hər ay 308 manat sabit pul məbləğində aliment tələbkar X2 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün hər ay 340 manat sabit pul məbləğində aliment tələbkar X3 ödənilməlidir. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-13651 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borclu Şəxs 135 manat pul vəsaiti tutularaq tələbkar AZPUL MMC-nin xeyrinə ödənilməlidir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 951 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra məmurunun xx.xx.2024-cü il tarixli qərarına əsasən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borcu 5.236 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 3.400 manat, Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-13651 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə 135 manat və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 981 manat borcu yaranmışdır. Borclu icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, işsiz olduğundan borcunu tam şəkildə ödəyə bilməmiş, lakin hər ay 80 manat aliment borcundan ödəniş etmişdir. O, hal-hazırda heç yerdə işləmir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, icra sənədlərinə əsasən Şəxs təyin olunmuş alimenti və borcunu tələbkarlara ödəməmiş və onun aliment üzrə 6493 manat, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 981 manat və Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-13651 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə 125 manat borcu yaranmışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və ona inzibati həbs növündə tənbeh verilməsini xahiş etdi. Müəyyən olunduğu kimi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün hər ay 308 manat sabit pul məbləğində aliment tələbkar X2 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün hər ay 340 manat sabit pul məbləğində aliment tələbkar X3 ödənilməlidir. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-13651 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borclu Şəxs 135 manat pul vəsaiti tutularaq tələbkar AZPUL MMC-nin xeyrinə ödənilməlidir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 951 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra məmurunun xx.xx.2024-cü il tarixli qərarına əsasən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borcu 5.236 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 3.400 manat, Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-13651 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə 135 manat və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 981 manat borcu yaranmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 may 2024-cü il saat 17:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin X5 saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-1034/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1034/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver