Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1085/2025 29.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Dövlət Su Ehtı̇ yatları Agentlı̇ yı̇ Yanında Suların ı̇ stı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X2 nümayəndəsi X6 iştirakı ilə, xx.xx.1966-cı ildə Qazax rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Ağstafa rayonu Qıraq kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə 22 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən 09 sentyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində mövcud olan “Şans” ictimai iaşə müəssisəsində mətbəx sahəsində formalaşan tullantı suyunun D=76 mm polietilen boru vasitəsilə Qıraq Kəsəmən suvarma kanalına axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtı̇ yatları Agentlı̇ yı̇ yanında Suların İstı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X2 nümayəndəsi X9 protokolu müdafiə edib bildirdi ki, 09 sentyabr 2025-ci il tarixində Suların ı̇ stı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X3 tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağstafa rayonu Q.Kəsəmən kəndi ərazisində fəaliyyət göstərən Şans ictimai İaşə müəssisəsinin tullantı sularının polietilen boru vasitəsi ilə Q.Kəsəmən kanalına axıdılması faktı müəyyən edilmişdir. Həmin ictimai iaşə müəssisəsinin Şəxs tərəfindən işlədilməsi müəyyən edilmişdir. Şəxs yaşayış ünvanına inzibati araşdırma aparılması ilə bağlı 10 sentyabr 2025-ci il tarixli bildiriş məktubu göndərilib, 22 sentyabr 2025-ci il tarixində regional bölməyə dəvət edilmişdir. Lakin Şəxs inzibati araşdırmada iştirak etməmişdir. Ona görə də inzibati araşdırma başa çatdırılıb barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək qərar qəbul edilməsi üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xəta hadisəsi ilə bağlı özünü təqsirli bilməyib, məhkəməyə ərizə təqdim edib izahatında bildirdi ki, 9 saylı X5 məhkəməyə təqdim etdiyi fotoşəkillərdə görünən sular çirkap su deyil. Qeyd edilən su restoranın içməli suyunun çəlləkdən artığının boru vasitəsilə kanala tökülən hissəsidir. Həmin sular təmiz sudur və istifadə edilməmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1-9.2ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən normanın dispozisiyasından göründüyü kimi, İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün içməli məişət, texniki və tullantı sularının konkret olaraq - kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Şəxs tərəfindən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına dair hər hansı hal müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edib izahatında bildirmişdir ki, Agentliyin məhkəməyə təqdim etdiyi fotoşəkillərdə görünən sular çirkap su deyil. Qeyd edilən su restoranın içməli suyunun çəlləkdən artığının boru vasitəsilə kanala tökülən hissəsidir. Həmin sular təmiz sudur və istifadə edilməmişdir. Belə ki, Agentliyin nümayəndələri tərəfindən həmin su xüsusi cihaz vasitəsi ilə yoxlanılmamış, qeyd edilən suların çirkab su olması ilə bağlı, Azərbaycan Dövlət Su Ehtı̇ yatları Agentlı̇ yı̇ Yanında Suların ı̇ stı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X2 nümayəndəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Xidmətin əməkdaşları tərəfindən kanala axıdılan suların tullantı suları olması barədə xüsusi cihazlarla yoxlama aparılmamış və buna dair mötəbər sübut əldə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmçinin məhkəmə tərəfindən inzibati işin hərtərəfli, obyektiv araşdırılması üçün X11 Sistemləri İdarəsinə sorğu ilə müraciət edilmiş, idarədən məhkəməyə daxil olmuş 15 oktyabr 2025-ci il tarixli, 3-53-2-5/2-299/2025 №-li cavab məktubunda qeyd edilmişdir ki, məktubda göstərilən xx.xx.2025-ci il tarixdən əvvələ 3 ay ərzində əsaslı təmir işləri ilə əlaqədar olaraq sonuncu 1 ayda (22 avqust 2025-ci il tarixdən 09 oktyabr 2025-ci il tarixə kimi) Qıraq Kəsəmən suvarma arxında su axını olmamışdır. Əsaslı təmir işləri yekunlaşdıqdan sonra arxa suvarma suyunun verilişi 10 oktyabr 2025-ci il tarixdən etibarən yenidən bərpa edilmişdir. Belə ki, qanuncericiliyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Hazırki vəziyyətdə isə, Şəxs hər hansı hərəkət və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yoxdur. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmadığından Azərbaycan Dövlət Su Ehtı̇ yatları Agentlı̇ yı̇ Yanında Suların ı̇ stı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X3 tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 262.2.3, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Azərbaycan Dövlət Su Ehtı̇ yatları Agentlı̇ yı̇ Yanında Suların ı̇ stı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X3 tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1085/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1085/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver