Məhkəmə qərarları › İş №3(015)-1093/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1093/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1093/2024 03.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ağstafa rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 03 iyun 2024-cü il tarixində Ağstafa rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-3543 nömrəli, xx.xx.2023-cü il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri Ağstafa rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Beləliklə, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-3543 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 930,63 (doqquz yüz otuz manat altmış üç qəpik) manat və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu 24.072,70 manat iddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin (ASC) xeyrinə tutulsun.Borclu Şəxs icra sənədləri üzrə 25.003,33 (iyirmi beş min üç manat otuz üç qəpik) manat borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, borcu tam şəkildə ödəmək imkanı yoxdur ancaq hissə-hissə ödəmək imkaçı çatır. O, borcundan 1.000 manat ödəniş etmişdir. Borcunun məsuliyyətini dərk edir və qalan borcunun hamısını da mütləq ödəyəcəkdir. Zərər çəkmiş şəxs "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan "MPAY” QSC tərəfindən verilmiş 29069 nömrəli mədaxil qəbzinə əsasən müəyyən olunmuşdur ki, Şəxs "xxxx" Açıq Səhimdar Cəmiyyətinə 1.000 (bir min) manat məbləğində pul ödəmişdir. Qanundan göründüyü kimi, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. Şəxs 25.003,33 manat məbləğində pul borcunu üzrlü səbəbdən ödəyə bilməmişdir. Beləliklə, İXM-nin 528.1-ci maddəsində qeyd olunan “üzürsüz səbəb” sübut olunmadığından Məhkəmə hesab edir ki, Şəxs 25.003,33 (iyirmi beş min üç manat otuz üç qəpik) manat məbləğində pul borcuna münasibətdə icra sənədlərini üzürsüz səbəbdən icra edilməməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: /imza/ Zamiq Rəsulov Əsli ilə düzdür. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar