Məhkəmə qərarları › İş №3(015)-1106/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1106/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1106/2023 03.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X4 sahəsində şəbəkə rəisi vəzifəsində işləyən, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağstafa Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Prokurorluğu Ağstafa rayon prokurorluğundan material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:37 radələrində Ağstafa RMX-in PHŞ-dan rayon prokurorluğunun növbətçi hissəsinə 1969-cu il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini Zərərçəkmiş şəxs elektrik vurması nəticəsində bel nahiyyəsinin əzilməsi, saidin açıq yarasından ibarət xəsarət alması barədə məlumat daxil olmuşdur. Beləliklə rayon prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ağstafa Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri X1 göstərişi əsasında Ağstafa MKTB-da işləyən X2 və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağstafa şəhəri Rafiq Alıcanov küçəsində, Rafiq Alıcanov heykəlinin arxasındakı dirəklərə asılmış köhnə bayraqları çıxartdıqdan sonra nahar fasiləsi olduğu üçün Fərman Abadov və Zərərçəkmiş şəxs yeni bayraqları nahardan sonra asmaq qərarına gəlib saat 13 radələrində Ağstafa dəmiryol stansiyasına məxsus nərdivanı aparıb təhvil verən zaman dəmiryol stansiyasının 456-cı kilometrliyində, piket 7-də platformada 117 nömrəli dirəyin üzərindən yerə ən yaxın, 6.20 m hündürlükdə keçən 27500 Volt gərginlikli elektrik xəttinə 6.32 m hündürlüklü nərdivanın yuxarı hissəsinin dəyməsi nəticəsində Zərərçəkmiş şəxs elektrik cərəyanının təsirindən sürətləndirilmiş yıxılma nəticəsində sağlamlığa az ağır zərər vurmağa xarakterik 4-cü bel fəqərəsi cisminin kompression sınığı və sağlamlığa yüngül zərər vurmağa xarakterik sağ saidin aşağı 1/3-in yan səthinin termiki yanığından ibarət xəsarət almışdır. Rayon prokurorluğunda araşdırılan material üzrə Ağstafa rayon prokurorluğunun müstəntiqi Günel Bayramova tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət hadisəsi baş vermədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri aşkar edildiyindən barəsində inzibati icraat başlanaraq qərarın surəti aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, onların işlədiyi yerin Baş idarəsi Gəncədədir. Həmin Baş idarənin göstərişi əsasında cərəyan nöqtələrinin nasaz yerlərini təmir edirlər. Həmin gün onlar Ağstafa Dəmir yol stansiyasına gəlmiş, dispetçerdən işə başlamaq növbələrini gözləyirmişlər. Həmin vaxt durduqları zaman camaatın qaçdığını görmüşdür. Həmin yerə gəldikdə, nərdivanın gərginliyə dəymiş vəziyyətdə, bir nəfərin də yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra təcili yardım çağırıb, zərərçəkəni yola salmışlar. Daha sonra prokurorluqdan müstəntiq gəlib ölçmüş, sonra da o izahatını vermişdir. Həmin işçilər onların işçiləri olmamışdır. Yəni onların iş qaydalarına və təlimatlandırılmalarına, o məsul şəxs deyildir. Eyni zamanda onlara heç bir iş tapşırmamış, onları tanımır. Hadisə həmin şəxslərin öz səhlənkarlıqlarına görə olmuşdur. Belə ki onlar nərdivanı apardıqda aşağı salmamışlar. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023cü il tarixdə Ağstafa şəhəri mərkəzində yerləşən milli qəhrəman Rafiq Alıcanovun heykəlinin arxasındakı bayraqlar yenilənməli olduğu üçün, Ağstafa MKTB-də sahə rəisi işləyən X6 Abadova tapşırığı nəticəsində iş yoldaşı Fərman Abadovla birlikdə bayraqların dəyişilməli olduğu yerə gəlmişlər. Həmin bayraqların dəyişilməsi üçün hündür nərdivan lazım olmuş, Ağstafa MKTB-də belə nərdivan olmadığı üçün, şəhər icra nümayəndəsinin müavini Vüsal adlı şəxs Ağstafa Dəmiryol stansiyasının müdiri Anar adlı şəxslə danışıb, o idarəyə məxsus nərdivanın lazım olduğunu bildirmişdir. Bundan sonra Ozal onlara dəmiryolu idarəsindən nərdivanı götürməklərini bildirmişdir. Ağstafa Dəmiryol stansiyasından Fərmanla birlikdə nərdivanı götürüb bayraqların dəyişilməli olduğu yerə gətirmişlər. Fərman nərdivana çıxmışdır ki, bayraqları dəyişsin, o isə nərdivanı tutmuşdur. Fərman köhnə bayraqları çıxarmış, nahar vaxtı olduğu üçün yeni bayraqları nahardan sonra asmağı düşünmüşlər. Nahardan qayıdana kimi nərdivani Dəmiryolu stansiyasına qoymağı planlaşdırmışlar. Daha sonra nərdivanı aparan zaman nərdivanın üst hissəsi dəmiryolu xəttinin yuxarı hissəsindən keçən yerə ən yaxın məsafədə yerləşən gərginlik xəttinə dəymiş və o yerə yıxılaraq xəsarət almışdır. Hal-hazırda səhhətində problem yoxdur müalicəsi davam edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Ağstafa rayon prokurorunun böyük köməkçisi X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:37 radələrində Ağstafa RMX-in PHŞ-dan rayon prokurorluğunun növbətçi hissəsinə 1969-cu il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini Zərərçəkmiş şəxs elektrik vurması nəticəsində bel nahiyyəsinin əzilməsi, saidin açıq yarasından ibarət xəsarət alması barədə məlumat daxil olmuşdur. Beləliklə rayon prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ağstafa Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri X1 göstərişi əsasında Ağstafa MKTB-da işləyən X2 və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağstafa şəhəri Rafiq Alıcanov küçəsində, Rafiq Alıcanov heykəlinin arxasındakı dirəklərə asılmış köhnə bayraqları çıxartdıqdan sonra nahar fasiləsi olduğu üçün Fərman Abadov və Zərərçəkmiş şəxs yeni bayraqları nahardan sonra asmaq qərarına gəlib saat 13 radələrində Ağstafa dəmiryol stansiyasına məxsus nərdivanı aparıb təhvil verən zaman dəmiryol stansiyasının 456-cı kilometrliyində, piket 7-də platformada 117 nömrəli dirəyin üzərindən yerə ən yaxın, 6.20 m hündürlükdə keçən 27500 Volt gərginlikli elektrik xəttinə 6.32 m hündürlüklü nərdivanın yuxarı hissəsinin dəyməsi nəticəsində Zərərçəkmiş şəxs elektrik cərəyanının təsirindən sürətləndirilmiş yıxılma nəticəsində sağlamlığa az ağır zərər vurmağa xarakterik 4-cü bel fəqərəsi cisminin kompression sınığı və sağlamlığa yüngül zərər vurmağa xarakterik sağ saidin aşağı 1/3-in yan səthinin termiki yanığından ibarət xəsarət almışdır. Rayon prokurorluğunda araşdırılan material üzrə Ağstafa rayon prokurorluğunun müstəntiqi Günel Bayramova tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət hadisəsi baş vermədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Əməyin təhlükəsizliyinin tədqiqi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 10/6802 nömrəli rəyindən görünür ki, yüksək gərginlikli hava elektrik xətlərinin yerlə arasındakı məsafə 7 metrdən az olduğuna görə "Elektrikləşdirilmiş dəmir yollarında kontak şəbəkəsinin qurulması və texniki istismarı qaydaları"nın 2.2.3 bəndinin tələbləri hava elektrik xətlərinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Materiala əlavə edilmiş vəzifə təlimatından görünür ki, rəydə göstərilən normanın pozulması ilə əlaqədar cavabdeh şəxs 4 saylı X4 sahəsində şəbəkə rəisi işləyən Şəxs olmuş, "Elektrikləşdirilmiş dəmir yollarında kontak şəbəkəsinin qurulması və texniki istismarı qaydaları"nın 2.2.3 bəndinin tələbləri vurmaya aid xəsarətlər almışdır. Ona görə də qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə saat 13:37 radələrində Ağstafa RMX-in PHŞ-dan rayon prokurorluğunun növbətçi hissəsinə 1969-cu il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini Zərərçəkmiş şəxs elektrik vurması nəticəsində bel nahiyyəsinin əzilməsi, saidin açıq yarasından ibarət xəsarət alması barədə məlumat daxil olmuşdur. Beləliklə rayon prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ağstafa Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri X1 göstərişi əsasında Ağstafa MKTB-da işləyən X2 və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağstafa şəhəri Rafiq Alıcanov küçəsində, Rafiq Alıcanov heykəlinin arxasındakı dirəklərə asılmış köhnə bayraqları çıxartdıqdan sonra nahar fasiləsi olduğu üçün Fərman Abadov və Zərərçəkmiş şəxs yeni bayraqları nahardan sonra asmaq qərarına gəlib saat 13 radələrində Ağstafa dəmiryol stansiyasına məxsus nərdivanı aparıb təhvil verən zaman dəmiryol stansiyasının 456-cı kilometrliyində, piket 7-də platformada 117 nömrəli dirəyin üzərindən yerə ən yaxın, 6.20 m hündürlükdə keçən 27500 Volt gərginlikli elektrik xəttinə 6.32 m hündürlüklü nərdivanın yuxarı hissəsinin dəyməsi nəticəsində Zərərçəkmiş şəxs elektrik cərəyanının təsirindən sürətləndirilmiş yıxılma nəticəsində sağlamlığa az ağır zərər vurmağa xarakterik 4-cü bel fəqərəsi cisminin kompression sınığı və sağlamlığa yüngül zərər vurmağa xarakterik sağ saidin aşağı 1/3-in yan səthinin termiki yanığından ibarət xəsarət almışdır. Rayon prokurorluğunda araşdırılan material üzrə Ağstafa rayon prokurorluğunun müstəntiqi Günel Bayramova tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət hadisəsi baş vermədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri aşkar edildiyindən barəsində inzibati icraat başlanaraq qərarın surəti aidiyyəti üzrə Ağstafa rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan əməyin təhlükəsizliyinin tədqiqi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 10/6802 nömrəli rəyindən görünür ki, yüksək gərginlikli hava elektrik xətlərinin yerlə arasındakı məsafə 7 metrdən az olduğuna görə “Elektrikləşdirilmiş dəmir yollarında kontak şəbəkəsinin qurulması və texniki istismarı qaydaları”nın 2.2.3 bəndinin tələbləri hava elektrik xətlərinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Materiala əlavə edilmiş vəzifə təlimatından görünür ki, rəydə göstərilən normanın pozulması ilə əlaqədar cavabdeh şəxs 4 saylı X4 sahəsində şəbəkə rəisi işləyən Şəxs olmuş, “Elektrikləşdirilmiş dəmir yollarında kontak şəbəkəsinin qurulması və texniki istismarı qaydaları”nın 2.2.3 bəndinin tələbləri tərəfindən pozulmuş və nəticədə Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 297 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər 4-cü bel fəqərəsi cisminin kompression sınığı, sağ saidin aşağı 1/3-nin yan səthinin termiki yanığı, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə elektrik cərəyanının bədəndən keçməsi nəticəsində əmələ gələ bilərdi. Beləliklə, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında icraat başlanması haqqında qərar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 198.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar