Məhkəmə qərarları › İş №3(015)-1168/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1168/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1168/2024 05.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağstafa rayon Poylu kəndində qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxsnı barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 157-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmaqla inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu Poylu kəndində toy məclisində X2 döymüş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin materiallarında olan MTE və PA Birliyinin Ağstafa rayon şöbəsinin 07 may 2024-cü il tarixli, 161 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən X1 bədən səthində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər oludqları üçün dərəcələri təyin edilmir. Şəxsnın əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən qəbul olunmuş 30 may 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək, hazırda zərər çəkmiş şəxslə barışdığını, aralarında heç bir narazılığın qalmadığını bildirdi. Ona görə də məhkəmədən əməlindən səmimi peşman olmasının və zərər çəkmiş şəxslə barışmasının nəzərə alınıb barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona görə də məhkəmədən Şəxs ilə barışmasının və aralarında narazılıq olmamasının nəzərə alınıb inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi onun özünün izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və ekspertiza rəyi ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Lakin, Şəxs inzibati xəta haqqında işə baxılması zamanı zərər çəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal olduğuna görə onun barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Belə ki, İXM-nin 39-cu maddəsinə görə həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53-cü maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 105, 115 və 117-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar