Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1182/2023 23.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Qazax şəhəri doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləmir, Qazax şəhəri Mehdi Hüseyn küçəsi ev 109-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində saxlanılaraq izahatının alınması üçün RPŞ-nə dəvət edilərkən o, ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq qəsdən xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində 23 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirili bilməyərək izahatında bildirdi ki, onun barəsində tərtib edilmiş protokolla razı deyildir. Belə ki, protokolda qeyd olunan ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq qəsdən xırda xuliqanlıq etməmiş və polisin qanuni tələbinə tabe olmuşdur. xx.xx.2023-cü il tarixdə o, Ağstafa rayonu Dağ Kəsəmən kəndində olarkən ona polis əməkdaşları yaxınlaşmış və onlarla Ağstafa rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, həmin polis əməkdaşları ilə Ağstafa Rayon Polis Şöbəsinə gəlmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində Şəxs ucadan ünvansız nalayiq idafələr işlətməsi və onun polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur və tabe olmamağın nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci və 53.0.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib olunmuş 23 oktyabr 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddələr ilə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-1182/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1182/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver