Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1194/2025 08.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 iştirakı ilə, xx.xx.2000-ci ildə Qazax rayonu, Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinin Mərkəzi-zəng sisteminə zəng edərək övladını görmək üçün yaxınlaşması, lakin həyat yoldaşının atası Məmmədov Tapdığın onun başını kəsəcəyini və anası Məmmədova Elnarənin onu bıçaqla hədələməsi barədə müraciəti daxil olmuşdur. Həmin ünvanda səs-küy salaraq qızını görməsə özünə xəsarət yetirəcəyini bildirərək narahatçılıq yaratmağa başlamış, küçədə nalayiq ifadələr işlətmişdir. Buna görə də, onun barəsində İXM-nin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilərək izahatında bildirdi ki, Qazax rayonunda yemək yeyərkən spirtli içki qəbul etmişdir. Daha sonra azyaşlı övladını görmək üçün Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən keçmiş qayınatasının evinə getmişdir. Orada övladını ona göstərmədikləri üçün səs-küy salmış nalayiq ifadələr işlətmişdir. Əməlindən səmimi peşmandır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati qaydada tənbeh edilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 03:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 08 oktyabr 2025-ci il tarixli 262 nömrəli aktdan görünür ki, həmin tarixdə tarixdə saat 02:00 radələrində E.Carçıyevin orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Göründüyü kimi, X2 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinin Mərkəzi-zəng sisteminə zəng edərək övladını görmək üçün yaxınlaşması, lakin həyat yoldaşının atası Məmmədov Tapdığın onun başını kəsəcəyini və anası Məmmədova Elnarənin onu bıçaqla hədələməsi barədə müraciəti daxil olmuşdur. Həmin ünvanda səsküy salaraq qızını görməsə özünə xəsarət yetirəcəyini bildirərək narahatçılıq yaratmağa başlamış, küçədə nalayiq ifadələr işlətmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, X5 tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, X5 İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə X4 inzibati tənbehin tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə X4 inzibati xətaya görə məsuliyyət məsələsinə qiymət verərək hesab edir ki, o, etdiyi əməldən səmimi peşman olmuşdur və bir daha belə hərəkətə yol verməyəcəyini bildirir. Bu səbəbdən Məhkəmə hesab edir ki, X5 tərəfindən törədilən inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X4 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 510-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. X2 tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə tənbehi saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1194/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1194/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver