Məhkəmə qərarları › İş №3(015)-1196/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1196/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1196/2025 09.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ağstafa rayon polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır: Belə ki, inzibati protokolu tərtib etmiş vəzifəli şəxs inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların mövcudluğunu qiymətləndirmədən, inzibati xəta haqqında işə daxili işlər orqanlarında baxılmasının mümkünlüyünü araşdırmadan, həmin işi baxılması üçün məhkəməyə göndərmişdir. Bu isə prosessual pozuntu kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Həmin Fərmanın 6-cı bəndinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəlindikdə, inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininnin 43.1-ci maddəsində məhkəmələrin baxdığı aidiyyəti inzibati xətaların maddələri sadalanmışdır. İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsi də həmin siyahıya aiddir. Lakin, İXM-nin 43.2 və 43.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən icraatındakı inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə inzibati xəta haqqında protokolun baxılmaq üçün məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. Belə ki, hazırki protokol Şəxs barəsində inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsaslar müəyyən edilmədən məhkəməyə göndərilmişdir. İşin məhkəmə müstəvisinə çıxarılması üçün əsaslandırılmış qərar verilməlidir. Protokol tərtib etmiş səlahiyyətli şəxs tərəfindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması araşdırılmadan İXM-nin 43.3-cü maddəsində qeyd olunan "qənaət"i müəyyən etmək mümkün deyil. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxsin barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Ağstafa rayon polis şöbəsinə qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa rayon polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Ağstafa rayon polis şöbəsinə qaytarılsın Qərardaddan şikayət verilə bilməz. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar