Məhkəmə qərarları › İş №3(015)-1198/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1198/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1198/2024 07.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 iştirakı ilə, xx.xx.1985-ci ildə Ağstafa rayonu Həsənsu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Ağstafa rayonu Həsənsu kəndində qeydiyyatda olamaqla Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 07 iyun 2024-cü il tarixində Ağstafa rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X10 tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Lənkəran Şəhər Məhkəməsi tərəfindən 2(049)-157/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə 3.708 (üç min yeddi yüz səkkiz) manat borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, hər ay imkanı çatan qədər borcundan ödəyir. Uzun müddət xəstə olub, hal-hazırda yeni işə düzəlib və borcundan ödənişləri heç vaxt dayandırmamışdır. O, borcundan 400 manat ödəniş etmişdir. Borcunun məsuliyyətini dərk edir və qalan borcunun hamısını da mütləq ödəyəcəkdir. Zərər çəkmiş şəxs X6 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli AB41592XW495 nömrəli mədaxil qəbzinə əsasən müəyyən olunmuşdur ki, Şəxs X2 hesabına 400 manat məbləğində pul ödəmişdir. Qanundan göründüyü kimi, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. X7 3.708 manat məbləğində pul borcunu üzrlü səbəbdən ödəyə bilməmişdir. Beləliklə, İXM-nin 528.1-ci maddəsində qeyd olunan “üzürsüz səbəb” sübut olunmadığından Məhkəmə hesab edir ki, X7 3.708 manat məbləğində pul borcuna münasibətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə X1 peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: /imza/ Zamiq Rəsulov Əsli ilə düzdür. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar