Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1285/2025 15.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1995-ci ildə Ağstafa rayonu Saloğlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Bakı şəhər Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-403/2024 saylı icra sənədinə əsasən borcludan Şəxs 8.663 (səkkiz min altı yüz altmış üç) manat məbləğində pul alınaraq X3 verilməsi, mənəvi zərərin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Şəxs alınaraq X3 verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Şəxs alınaraq X3 verilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş, buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, icra vərəqindən və icra məmurunun çağırışından xəbəri olmamışdır. Bu səbəbdən borcundan ödəniş etməmişdir. Vətən müharibəsində aldığı xəsarətlərdən dolayı əmək qabiliyyətini itirdiyinə görə güllə-qəpə yaraları almış, psixoloji nevroloji ciddi problemləri var. Psixiatrik müalicə alır. Ayağındakı xəsarətdən sonra kista yaranıb, rəsmi, qeyri-rəsmi heç bir yerdə işləyə bilmir, səhhəti imkan vermir. Maştağa ruhi xəstəxanasında müalicə alır, rəsmi sənədləri var. Müavinətinin 50%-i qarşı tərəfə tutulur. İcra sənədi üzrə ilk gündən veteran pulunun 50%-i tutulur. İcra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmır, hazırda müalicə olunur, iş qabiliyyəti yoxdur. Qazilik təqaüdü düzəldikdən sonra borcunu tam ödəyəcək. Sənədləri 17-si Gəncə şəhər psixiatriya bölməsindən fitekə vurularaq canlı baxış keçiriləcək və sənədləri qəbul edilərək təqaüd kəsiləcək. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edib göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-403/2024 saylı icra sənədinə əsasən borcludan Şəxs 8.663 (səkkiz min altı yüz altmış üç) manat məbləğində pul alınaraq X3 verilməsi, mənəvi zərərin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Şəxs alınaraq X3 verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (yüz iyirmi altı) manat məbləğində pul Şəxs alınaraq X3 verilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika psixatriya xəstəxansı” X8i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4762 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Nəsibov X4 (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv və panik daxilolmalar, intihar cəhdləri ilə F62.0. İş materiallarında olan, “Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X8i tərəfinndən verilmiş 30 oktyabr 2024-cü il tarixli 18-1-36/2-N-19xx-xx-1917/2024 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən Qarabağ Vətən müharibəsi zamanı xəsarət alaraq xx.xx.2020-ci il tarixdə “Sağ sarğı nahiyəsinin kor qüllə yarası” diaqnozu ilə Füzuli Mərkəzi rayon Xəstəxanasına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvələrin baş Kliniki Hospitalına təxliyyə olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçada qeyd olunmuş 12353921 nömrəli çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə müayinə edilərək əsas xəstəlik (F62.0) fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi və yanaşı xəstəlik (F07.0) üzvü mənşəli şəxsiyyət pozğunluğu diaqnozu qeydə alınmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, Şəxs tutulan borc 8349 manat təşkil edir. Məhkəmə təqdim olunmuş elektron məlumatlarda isə işsiz olduğu müəyyən olunmuşdur. Lakin icra məmuru tərəfindən qanunverciliyin qeyd edilən hallarına riayət edilmədən, borclunun barəsində icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırki vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməməsi, tələbkara heç bir əmlak verməməsi və ya hər hansı miqdarda pul ödəməməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 15 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 15 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1285/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1285/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver