Məhkəmə qərarları › İş №3(015)-1299/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1299/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1299/2024 27.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əmi oğlunun, Zərər çəkmiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 iştirakı ilə, xx.xx.1980-cı ildə Qazax rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1954/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 145 manat məbləğində aliment Şəxs tutularaq X2 verilməsi gət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(015)-1154/2022 saylı qətnaməsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1954/2020 saylı, xx.xx.2020-ci qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılaraq, Şəxs xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment X2 verilməsi gət edilmişdir. İcra sənədlərinə əsasən cavabdeh Şəxs İcra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 3(015)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini təkrar yerinə yetirməmiş və borcu 8.156 (səkkiz min yüz əlli altı) manat təşkil edir. Buna görə də o, Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı zərər çəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati əxta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, zərər çəkmiş şəxs X3 inzibati xəta haqqında protokolunun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə qaytarılsın Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar