Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1356/2025 29.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X16 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ağstafa rayon prokurorunun böyük köməkçisi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Daşkəsən rayonu Mədənçilər qəsəbəsi K-28/6 ünvanında qeydiyyatda olmaqla, Ağstafa rayonu Göycəli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 334.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon prokurorluğundan material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində sürücülük hüququ olmadan və sərxoş halda X5 məxsus olan “VAZ- 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Vurğun- Köçəsgər yolunun 1-ci kilometrliyinin üzü Ağstafa şəhəri istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək yolun ona münasibətdə asfalt hissəsinin qurtaracağından sol tərəfində yerləşəm avtotəmir sexinə tərəf gedərək orada dayanmış vəziyyətdə olan Qazax rayon sakini X11 məxsus “Mercedes Benz” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ağstafa rayon sakini 1991-ci il təvəllüdlü X6 və 2002-ci il təvəllüdlü X1 zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər, “Mercedes Benz” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 və avtotəmir sexini işlədən X2 isə maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Göycəli kəndində yaşayır. Hadisə baş verən gün iş yoldaşı Ayxan Mahmudova məxsus VAZ 2107 markalı avtomobillə Ağstafa rayon Vurğun qəsəbəsində yol nəqliyyat hadisə törətmişdir. Hadisə zamanı idarə etdiyi maşınla avtomobil təmir sexinə daxil olaraq 2 nəfər şəxsə xəsarət yetirmişdir. Hadisənin sonrasını xatırlamır. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərini nəzərə alıb ona cərimə tənbehi verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Ağstafa rayon prokurorunun böyük köməkçisi X12 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində sürücülük hüququ olmadan və sərxoş halda X5 məxsus olan “VAZ2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Vurğun-Köçəsgər yolunun 1-ci kilometrliyinin üzü Ağstafa şəhəri istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək yolun ona münasibətdə asfalt hissəsinin qurtaracağından sol tərəfində yerləşəm avtotəmir sexinə tərəf gedərək orada dayanmış vəziyyətdə olan Qazax rayon sakini X11 məxsus “Mercedes Benz” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ağstafa rayon sakini 1991-ci il təvəllüdlü X6 və 2002-ci il təvəllüdlü X1 zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər, “Mercedes Benz” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 və avtotəmir sexini işlədən X2 isə maddi zərər vurmuşdur. Faktla bağlı Ağstafa rayon prokurorluğunda inzibati xəta haqqında iş üzrə icaat başlanılmış, müvafiq ekspertizalar təyin edilmiş, rəylər alınmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Zərərçəkmiş şəxslər məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində sürücülük hüququ olmadan və sərxoş halda X5 məxsus olan “VAZ2107” markalı, **-LJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Vurğun-Köçəsgər yolunun 1-ci kilometrliyinin üzü Ağstafa şəhəri istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək yolun ona münasibətdə asfalt hissəsinin qurtaracağından sol tərəfində yerləşəm avtotəmir sexinə tərəf gedərək orada dayanmış vəziyyətdə olan Qazax rayon sakini X11 məxsus “Mercedes Benz” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ağstafa rayon sakini 1991-ci il təvəllüdlü X6 və 2002-ci il təvəllüdlü X1 zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər, “Mercedes Benz” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 və avtotəmir sexini işlədən X2 isə maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,64 %-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, kannaboid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən),fenotiazin,pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X10 X17 09 avqust 2025-ci il tarixli 332 “a” №-li rəyindən görünür ki, X3 bədənində müəyyən edilmiş xəsarətlər-Sağ dirsək nahiyyəsində və sağ ayağın üst səthində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobilin yoldan çıxıb avtotəmir sexində olan avtomobilə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X10 X17 11 avqust 2025-ci il tarixli 331 “a” №-li rəyindən görünür ki, X4 bədənində müəyyən edilmiş xəsarətlər-sağ dizin tış səthində,iç səthində, sol bazunun, sol saidin, sağ almacıq nahiyyəsində sıyrıqlar və sol gözün alt səthində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobilin yoldan çıxıb avtotəmir sexində olan avtomobilə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Ağstafa RPŞ-dən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs adına BDYPİ-nin elektron portalında sürücülük vəsiqəsi aşkar edilməmişdir. İş materiallarında olan 05 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Şəxs əməlində CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Ağstafa rayon prokurorluğunun səlahiyyətli nümayəndəsinin izahatları, ekspert rəyləri və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada cərimə tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, və 334.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1356/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1356/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver