Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1383/2023 04.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, Müəyyən etdi : Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən material daxil olmuşdur. Məhkəmə materialı nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən material aidiyyəti üzrə göndərilməlidir. İş materiallarından göründüyü kimi, Şəxs MMC-nin qeydiyyat ünvanı Ağcabədi rayonu Aran kəndi (VÖEN **********) olmaqla inzibati xətanı Xaçmaz rayonunda törətmişdir. Lakin Şəxs MMC-nin Ağstafa rayonunun inzibati ərazisində qeydiyyatda olması barədə rəsmi sübut materiala əlavə edilməmişdir. Eyni zamanda materialın baxılması üçün məhkəməyə göndərilməsi barədə müşayiət məktubundan da görünür ki, həmin materialın baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə ünvanlanması göstərilmişdir. Bu səbəbdən hazırki material baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərililir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati material baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nın 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati material baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1383/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1383/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver