Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1384/2023 14.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, X2 Şəxs-nin YPX-nin 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarından vermiş olduğu şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Şəxs-nin YPX-nin 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və həmin YPX-nin polis serjantı X* barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarla Azərbaycan Respublikası İXM-nin 329.* və 333.*-ci maddələri ilə təqsirli bilinib 400 manat inzibati qaydada cərimə edilmişdir. O, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, ondan spirtli içki qəbul edib-etməməsi soruşulmuş, o, isə spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra onun sərxoşluğu xüsusi texniki vasitə ilə yoxlanılmış və sərxoş olması müəyyən olunmuşdur. Bundan sonra o, sərxoşluğunu aydınlaşdırmaq üçün Gəncə şəhər narkoloji dispanserə müraciət etmiş, həmin dispanserin verdiyi 23 noyabr 2023-cü il tarixli, 3562/2023 saylı tibbi müayinə protokoluna əsasən ayıq olması müəyyən olunmuşdur. Bu barədə yol polisi əməkdaşına bildirsə də onun barəsində artıq protokol tərtib olunması bildirilmişdir. Ona görə də hazırki şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə X3 və Şəxs-nə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırki şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən qismən təmin olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 28.**.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 329.* və 333.*-ci maddələri ilə təqsirli bilinib 400 manat inzibati qaydada cərimə edilmişdir. Hal şahidlərinin iştirakı ilə onun sərxoşluq vəziyyətinin müayinəsi aparılmamış, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilmiş, o, texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmamasına baxmayaraq tibbi müayinəyə aparılmamışdır. Bundan sonra o, sərxoşluğunu aydınlaşdırmaq üçün Gəncə şəhər narkoloji dispanserə müraciət etmiş, həmin dispanserin verdiyi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 23 noyabr 2023-cü il tarixli, 3562/2023 saylı tibbi müəayinə protokoluna əsasən ayıq olması müəyyən olunmuşdur. Məlum olduğu kimi, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. X2 barəsində tərtib edilmiş 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə onun sərxoşluq vəziyyətinin müayinəsi aparılmamışdır. Bundan başqa, inizibati xətalar haqqında qanunvericiliyə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. X2 barəsində tərtib edilmiş 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokoldan görünür ki, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilmiş, o, texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmamasına baxmayaraq tibbi müayinəyə aparılmamış və tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 333.*-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, hal şahidlərinin iştirakı ilə Ramin Niyazovun sərxoşluq vəziyyətinin müayinəsi aparılmamış, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilmiş, o, texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmamasına baxmayaraq tibbi müayinəyə aparılmamışdır. Bundan sonra o, sərxoşluğunu aydınlaşdırmaq üçün Gəncə şəhər narkoloji dispanserə müraciət etmiş, də həmin dispanserin verdiyi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 23 noyabr 2023-cü il tarixli, 3562/2023 saylı tibbi müəayinə protokoluna əsasən ayıq olması müəyyən olunmuşdur. Bu hal da ona əsas verir ki, X4 23 noyabr 2023-cü il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Hazırki vəziyyətdə Ramin Niyazovun əməlində Azərbaycan Respublikası İXM-nin 333.*-ci maddəsinin tərkib əlamətlərinin olması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.*.*-ci və 53.*.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin *05.*-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs-nin YPX-nin 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli qərara əsasən X4 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.*-ci maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin *34.*.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin *35-ci maddəsinə uyğun olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş Şəxs-nin YPX-nin 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokolu üzrə qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə şikayətin, Şəxs-nin YPX-nin polis serjantı X* barəsində xüsusi qərar çıxarılması hissəsində isə hesab edir ki, onun hər hansı bir hərəkətində və ya hərəkətsizliyində cinayət əlamətlərinin olması aşkar edilməmiş və öz təsdiqini tapmamamışdır. Ona görə də onun barəsində xüsusi qərarın çıxarılması məqsədəduyğun deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin olunmamılıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, *05, *28-*30, *34 və *35-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət qismən təmin edilsin. X2 barəsində tərtib edilmiş Şəxs-nin YPX-nin 23 noyabr 2023-cü il tarixli, İXP 585480* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən *0 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-1384/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1384/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver