Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1404/2023 22.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxsnə məxsus “KHAZAR” minik markalı 05AA074 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən “Azneft meydanı ist2” “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə 06.*2.2023-cü il tarixində elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün Şəxsnə sorğu göndərilmişdir. Lakin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğusu daxil olan səlahiyyətli orqana (vəzifəli şəxsə) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati icraat aparılan Şəxs və protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə materialı araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə Şəxs hər hansı hərəkət və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yoxdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxsnə məxsus “KHAZAR” minik markalı 05AA074 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən “Azneft meydanı ist2” “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə 06.*2.2023-cü il tarixində elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün Şəxsnə sorğu göndərilmiş, həmin sorğu daxil olan səlahiyyətli orqana (vəzifəli şəxsə) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilmədiyinə görə Şəxs barəsində hazırki inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs Ağstafa RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin idarəyə məxsus “KHAZAR” minik markalı 05AA074 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin X* olması, həmin şəxsin sürücülük vəsiqəsi və telefon nömrəsi barədə məlumatlar Ağstafa RPŞ-nə bildirilmişdir. Lakin, həmin məktub nəzərə alınmayaraq Şəxs barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən həmin idarəyə məxsus “KHAZAR” minik markalı 05AA074 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin, sürücülük vəsiqəsi və telefon nömrəsi barədə məlumatlar rəsmi qaydada Ağstafa RPŞ-nə bildirildiyindən barəsində inzibati icraat aparılan şəxsin hər hansı bir hərəkət və ya hərəkətsizliyi inzibati məsuliyyət yarada bilməz. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.*.*-ci və 53.*.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin *05.*-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmadığından Ağstafa RPŞ-nin DYP tərəfindən tərtib olunmuş 02.*2.2023-cü il tarixli İXP ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və İdarə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin *8, 53, *05, **4.*.*, **5, **7, **8 və 347-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa RPŞ-nin DYP tərəfindən tərtib olunmuş 02.*2.2023-cü il tarixli İXP ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən *0 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1404/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1404/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver