Məhkəmə qərarları › İş №3(015)-1410/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1410/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1410/2023 11.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1970-ci ildə Ağstafa rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləmir, ünvan 1 ünvanında qeydiyyatda olan və Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 84 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Ağstafa şəhərində yerləşən “Ömər Telekomun” qarşısında X3 döymüşdür. Buna görə də Şəxs barəsində Ağstafa rayon polis şöbəsi tərəfindən İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Ağstafa şəhərində yerləşən “Ömər Telekomun” yaxınlığında olarkən oğlu Əmiraslanov Məsud Hicran oğlunun adı sonradan ona məlum olan Aytən adlı qadının oğlunu küçədə ucadan söyüşlər söyərək təhqir etdiyini və səsküy saldığını görmüşdür. Aytənə yaxınlaşıb niyə oğlunu təhqir etdiyini soruşduqda bu zaman Aytən onu da təhqir etməyə və əl qol atmağa başlamış, mübahisə zamanı üzünün sol tərəfinə bir dəfə şillə vurmuşdur. O da əsəbləşib qarşılıq olaraq Aytənin saçından dartmışdır. Bundan sonra polis əməkdaşları gəlib onları ayırmış, Ağstafa RPŞ-nə gətirmişlər. Hal-hazırda etdiyi əməldən səmimi peşimandır və zərərçəkmiş şəxsdən üzrxahlıq edir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, hadisə baş verən günü uşağını bağçaya qoyub, dərman almaq üçün aptekə daxil olmuşdur. Həmin vaxt ona kəndardan tanımadığı bir şəxs ona söz atdığı üçün onu söymüşdür. Bundan sonra aptekə daxil olduqda aptekdə olan bir nəfər tanımadığı şəxs ona söyünc söydüyü üçün danışığını bilməsini bildirmiş və onun üzərinə gələrək divara sıxışdırmışdır. O həmin şəxsi itələyərək aptekdən bayıra çıxarmış və şəklini çəkərək DİN-in 102 xidmətinə şikayət eləyəcəyini bildirmişdir. Sonradan adı sonradan ona məlum olan Hicran adlı şəxs onun üzərinə gələrək saçından tutub dartmış və ona xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Ağstafa şəhərində yerləşən “Ömər Telekomun” qarşısında X3 döymüşdür. Həmin material üzrə X6, Əmiraslanov Məsud Hicran oğlu və Şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X4 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, X2 və Şəxs əməllərində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onların barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci ilə başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 114.2.1, 115, 117, 141.3 157ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar