Məhkəmə qərarları › İş №3(015)-1413/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1413/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1413/2023 12.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixində Ağstafa rayon Polis şöbəsi (RPŞ) tərəfindən İXM-nin 157-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixində, saat 20-21 radələrində Ağstafa rayonu, Poylu qəsəbəsində qohumu Zərərçəkmiş şəxsın evində qudalar arasında ailə mübahisəsi zamanı sonuncunu sinəsindən geri itələyərək yıxılması nəticəsində fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarında olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 476 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından Ağstafa rayon Polis şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun qızının qaynanasıdır. Uzun müddətdir ailəlləri arasında uşaqla bağlı mübahisələri olur. xx.xx.2023-cü il tarixində, saat 20-21 radələrində Ağstafa rayonu, Poylu qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı istəmədən onu itələmişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun oğlunun qaynatasıdır və oğlu ilə gəlininin tez-tez mübahisəsi olur. Şəxs xx.xx.2023-cü il tarixində, saat 20-21 radələrində yaşadığı Ağstafa rayonu, Poylu qəsəbəsində yerləşən evə gələrək müvahisə etmişlər və bu zaman Namiqin onu sinəsindən geri itələməsi nəticəsində yıxılmışdır. Onu bu hərəkətlərinə görə bağışlamır. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında 12 dekabr 2023-cü il tarixli, ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan “döymə” xətasının tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinib maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar