Məhkəmə qərarları › İş №3(015)-1440/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1440/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1440/2024 22.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Qazax rayonunun Yenigün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağstafa rayonu Yenigün kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(023)-706/2022 saylı icra sənədinə əsasən Şəxs 18 mart 2022ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Nəzrin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutulub X1 ödənilməsi, həmçinin Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(023)-706/2022 saylı icra sənədinə əsasən Şəxs 20 oktyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Nəzrin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla iki uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulub X1 ödənilməsi barədə icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, alimenti ödəməkdən yayınmamışdır. Belə ki, o, 6 aydır ki cəzaçəkmə müəssisəsində cəza çəkmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Barəsində axtarış olması barədə məlumatı yeni öyrənmişdir. Ona dövlət tərəfindən veriləcək pul ödənişini uşaqlarının alimenti üçün göndərəcəkdir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs təyin olunmuş 300 manat alimenti tələbkara ödəməmiş və onun aliment üzrə 1225 manat borcu yaranmışdır. Borclunun barəsində axtarış elan edilmiş, sonradan onlara məlum olmuşdur ki şəxs cəzaçəkmə müəssisəsində olmuş və xx.xx.2024-cü il tarixdə azad olunmuşdur. Göründüyü kimi Qazax Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(023)- 706/2022 saylı icra sənədinə əsasən Şəxs 18 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Nəzrin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutulub X1 ödənilməsi, həmçinin Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(023)-706/2022 saylı icra sənədinə əsasən Şəxs 20 oktyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2013cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Nəzrin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla iki uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulub X1 ödənilməsi qət edilmişdir. Borclunun icra sənədləri üzrə ümumi borcu 1225 manat təşkil edir. Lakin göründüyü kimi, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. O, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, borclu hal-hazırki müddətə kimi cəzaçəkmə müəssisəsində olduğu üçün həmin borcun ödənilməsi üçün borcluya şərait yaradılmalı və bu hal onun icra sənədinin icrasından yayınmaq kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar