Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1457/2024 09.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Qazax rayonunun Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağstafa rayonunun Poylu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528- 1.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-577/2023 saylı icra sənədinə əsasən Şəxs 40000 manat borc və 210 manat dövlət rüsumunun alınıb X3 verilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxsun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, onun tələbkara borcu yoxdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-577/2023 saylı icra sənədinə əsasən Şəxs 40000 manat borc və 210 manat dövlət rüsumunun X2 xeyrinə tutulmuşdur. Borclu icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Həmçinin onun barəsində 2024-cü ilin mart ayında məhkəmənin qərarı ilə 8 sutka inzibati həbs tənbeh tətbiqi görülmüşdür. Ona görə də şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Göründüyü kimi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)- 577/2023 saylı icra sənədinə əsasən Şəxs 40000 manat borc və 210 manat dövlət rüsumunun X2 xeyrinə tutulmuşdur. Borclu icra sənədini icra etmədiyi üçün Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(015)-600/2024 saylı qərarına əsasən 8 sutka inzibati qaydada həbs edilmişdir. Lakin göründüyü kimi borclunun barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, borclu barəsində inzibati xəta haqqında protokol İXM-nin 528-1.1-ci maddəsi ilə tərtib edilmişdir. İXM-nin 528-1-ci maddəsi isə ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi ilə bağlıdır. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs artıq bir dəfə inzibati məsuliyyətə cəlb olunmuş, ona görə də onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə yəni bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1457/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1457/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver