Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1466/2025 07.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızı, Azərbaycan Respublikası DİN Xocavənd Rayon Polis şöbəsinin MN № ******* saylı protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN № 17054350 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, Müəyyən etdi : X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Xocavənd Rayon Polis şöbəsinin MN № ******* saylı protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN № 17054350 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən material aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati inzibati tənbeh vermə haqqında qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmiş və hazırda qüvvədə olan qanunvericiliyə əsasən elektron inzibati tənbeh vermə haqqında qərarlardan şikayət yaşayış yeri üzrə verilə bilər. İş materiallarından göründüyü kimi, X1 inzibati xəta törətdiyi üçün barəsində İXM-nin 510-cu maddəsi ilə Azərbaycan Respublikası DİN Xocavənd Rayon Polis şöbəsinin MN № ******* saylı protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN № 17054350 nömrəli qərar tərtib edilmişdir. Göründüyü kimi, inzibati xətanın törədildiyi yer Xocavənd rayonu ərazisidir. Bu səbəbdən hazırki material baxılması üçün aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi, hazırki inzibati xəta Xocavənd rayonu inzibati ərazisində törədilmiş, Məhkəməyə isə barəsində qərar çıxarılmış şəxsin yaşadığı yer üzrə baxılması barədə vəsatət verilməmişdir. Bu səbəbdən hazırki şikayət baxılması üçün aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərililir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərililir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, Azərbyaycan Respublikası DİN Azərbaycan Respublikası DİN Xocavənd Rayon Polis şöbəsinin MN № ******* saylı protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN № 17054350 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X1 tərəfindən verilmiş şikayət və və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nın 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DİN Xocavənd Rayon Polis şöbəsinin MN № ******* saylı protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN № 17054350 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X1 tərəfindən verilmiş şikayət və və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1466/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1466/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver