Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1467/2025 07.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş şəxs X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Özbəkistan Respublikası Pskent şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayonu Varxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 333- 1.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs tərəfindən İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasilərinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunmasına görə barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ-2103” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri ərazisində hərəkətdə olarkən polis əməkdaşları onun avtomobilini saxlamış və tibbi müayinə olunması məqsədilə onu xəstəxanaya aparmışlar və onun tibbi müayinəsinin cavabında narkotik vasitə aşkar edilmişdir. Həmin gündən əvvəl getdiyi toyda narkotik vasitə qəbul etmişdir. Əməlindən peşmandır. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ-2103” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa şəhərində hərəkətdə olarkən İXM-nin 333-1.1-ci maddələrinin tələblərini pozduğundan yol polisi əməkdaşları tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçmişdir. Narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanerdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən Şəxs barəsində hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin izahatı və iş materiallarından görünür ki, Şəxs “VAZ-2103” markalı, **-KX-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa şəhərində hərəkətdə olarkən İXM-nin 333-1.1-ci maddəsinin tələblərini pozduğundan yol polisi əməkdaşları tərəfindən saxlanılmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilərək narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanerdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, Şəxs tərəfindən İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli akt və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 529.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1467/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1467/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver