Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1538/2024 19.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Qazax rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli Ağstafa rayon Qaçaq Kərəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 157-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmaqla inzibati xata haqqında iş üzrə icraat başlanmışdır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu Qaçaq Kərəm kəndində yerləşən evində X2 döymüş və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin materiallarında olan MTE və PA Birliyinin Ağstafa rayon şöbəsinin 01 iyul 2024-cü il tarixli, 245 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən X1 bədən səthində aşkar edilmiş xəsarətlər sağ saidin və sol dizin alt səthində qançırlar küt əşyanın təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə baçonka ilə, təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən qəbul olunmuş 26 iyul 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir, bazarda meyvətərəvəz sataraq ailəsini dolandırır. Namazov Badam onun doğma anasıdır. Eyni evdə yaşayırlar, evdə mübahisələri olduğu üçün ev məhkəmə qərarı ilə naturada bölünmüşdür. X4 hər ay 10 manat pul ödəyir, evin işığını yandırmadığı üçün pul keçirmir. Həmişə bunun üstündə mübahisə edirlər. Evin qazına və işığına pul keçirmək üçün X6la mübahisə yaranmış, anası əsəbləşərək AR DİN 102 xidmətinə məlumat vermişdir. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs oğlu Şəxs ilə barışdığını, ona görə də məhkəmədən Şəxs ilə barışmasının və aralarında narazılıq olmamasının nəzərə alınıb inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi onun özünün izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və ekspertiza rəyi ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Lakin, Şəxs inzibati xəta haqqında işə baxılması zamanı zərər çəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal olduğuna görə onun barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Belə ki, İXM-nin 39-cu maddəsinə görə həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53-cü maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 105, 115 və 117-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barışdığına görə xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-1538/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1538/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver