Məhkəmə qərarları › İş №3(015)-1539/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1539/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1539/2024 19.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağstafa rayonu, Köhnəqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Ağstafa rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixində Ağstafa rayon Polis şöbəsi (RPŞ) tərəfindən İXM-nin 157-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixində, Ağstafa rayonu, Köhnəqışlaq kəndində Zərərçəkmiş şəxs yaşadıqları evdə döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarında olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin 11 iyul 2024-cü il tarixli 275 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından Ağstafa rayon Polis şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, Ağstafa rayonu Köhnəqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır heç bir yerdə işləmir, əkinçilik və heyvandarlıqla məşğul olur. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2006-cı ildə ailə həyatı qurublar və bu evlilikdən 2 azyaşlı uşaqları var. O, həyat yoldaşı ilə həmişə mübahisə etdiyini, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə evə gilas, ərik alıb gətirərək mürəbbə bişirməsini söyləmişdir. Lakin, həyat yoldaşının ona məhəl qoymadığı üçün mübahisə yarandığını, həyat yoldaşı Zərərçəkmiş şəxs saçından tutaraq dartdığını, nəlayiq ifadələrlə söyüb təhqir etdiyini bildirmişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. 2006-cı ildə ailə həyatı qurublar və bu evlilikdən 2 azyaşlı uşaqları var. Həyat yoldaşı spirtli içki qəbul edərək evə gəldikdə həmişə mübahisə edirlər. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə evdə olan zaman həyat yoldaşı Şəxs heç bir səbəb göstərmədən nəlayiq ifadələrlə söyüb təhqir etməyə başlamış və bağda niyə işləmirsən deyərək saçından tutub dartaraq yerə yıxıb yumruqla kürəyinə vuraraq döydüyünü bildirmişdir. Daha sonra uşaqları götürüb AR DİN 102 xidmətinə məlumat verərək evdən çıxmışdır. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında 19 avqust 2024-cü il tarixli, ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan “döymə” xətasının tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinib maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar