Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1540/2024 23.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov X1 Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: xx.xx.2024-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır: Belə ki, iş materiallarından görünür ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ümumi sözlərlə Şəxs tərəfindən AR İXMnin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilsə də, konkret olaraq inzibati xətanın mahiyyəti, hadisə yerinin foto şəkli, maddi zərərin miqdarı ilə bağlı hər hansı sənəd, həmçinin vurulmuş əmlak zərəri ilə bağlı zərərçəkmiş şəxsin ərizəsi əlavə edilməmişdir ki, bu da xətanın mahiyyətinin aydın və dəqiq göstərilməməsinə dəlalət etməklə işin obyektiv, hər tərəfli və tam araşdırılmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə barədə mübahisə olduqda inzibati tənbeh tətbiq edilməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Ağstafa rayon Polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Ağstafa Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Ağstafa rayon Polis şöbəsinə qaytarılsın. Hakim:Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-1540/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1540/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver