Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1543/2024 26.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Fərhad oğlunun iştirakı ilə, xx.xx.2006-cı ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 332.1 və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsinin (RPŞ) X1 Bölməsinin (DYPB) Yol-Patrul Xidmətindən (YPX) daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinin X1 Bölməsinin Yol-Patrul Xidmətindən Şəxs barəsində İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 22 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2024-cü il taixində, saat 13:35-də nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu, Əsədov küçəsi istiqamətində sola dönmə edərkən manevr qaydasını pozaraq hərəkət istiqamətinin sol tərəf hissəsindən hərəkətdə olan Zərərçəkmiş şəxs Fərhad oğluna məxsus “Subaru Forester” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf hissəsindən vurmuş və nəticədə avtomobillərə maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması Ağstafa RPŞ-nin DYPB-nə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində məhkəmələrin baxdığı aidiyyəti inzibati xətaların maddələri sadalanmışdır. İXM-nin 327.1-ci maddəsi də həmin siyahıya aid deyil. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də hazırki inzibati işə həmin maddə ilə baxılır. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, atasına məxsus “VAZ 21074” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili yuduqdan sonra tələbə adını qazanmasına sevinərək həmin avtomobili atasının icazəsi olmadan idarə etmək istəmişdir. Ağstafa rayonu, Əsədov küçəsində hərəkətdə olub sola dönmə edərkən manevr qaydasını pozaraq hərəkətdə olan “Subaru Forester” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxaraq toqquşması nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. Əməlindən səmimi peşmandır, ali məktəbə təzə daxil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Fərhad oğlu bildirdi ki, hadisə nəticəsində onun idarə etdiyi “Subaru Forester” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyib, ona vurulmuş zərər isə bu günə kimi ödənilməyib. Lakin, inzibati xəta törətmiş Şəxs yüngül cəza verilməsini xahiş etdi. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə görə sürücünun etdiyi manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Lakin, Şəxs qanunun bu tələblərinə əməl etməmiş, manevrin təhlükəsizliyini təmin etməmiş və maddi zərər vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cəza tətbiq edilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, səmimi peşimançılığını, əmlak vəziyyətini, şəxsiyyətini, tələbə olmasını, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan sanksiya çərçivəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 36.1-ci maddəsinə görə hakim inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Hazırkı işdə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə (zərərin məbləği barədə) mübahisə olduğundan zərərin əvəinin ödənilməsi haqqında məsələyə baxıla bilməz. Odur ki, İXM-nin 36.3-cü maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Şəxs barəsində olan inzibati xəta haqqında iş məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olsa da Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ce il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Ağstafa rayon Polis şöbəsinə qaytarılmışdır. İnzibati iş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən xx.xx.2024-cü il tarixində Məhkəməyə daxil olmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci və 332.1-ci maddələrinə aid hissədə aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinin X1 Bölməsinin Yol-Patrul Xidmətinə göndərilsin. Zərər çəkmiş şəxsə izah olunsun ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Zamiq Rasulov
Məhkəmə qərarları › İş №3(015)-1543/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1543/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver