Məhkəmə qərarları › İş №3(015)-1544/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1544/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1544/2024 27.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağstafa rayonu, Sarı Məmmədov küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Ağstafa rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixində Ağstafa rayon Polis şöbəsi (RPŞ) tərəfindən İXM-nin 157-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarında olan MTE və PA Birliyinin xx.xx.2024-cü il tarixli 233 nömrəli ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər xx.xx.2024-cü il tarixdə əllə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs əməlində cinayət tərkibi olmadığından Ağstafa rayon Polis şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilmir, belə ki o, Zərərçəkmiş şəxs döyməmişdir. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Nurlan onun əridir. xx.xx.2024-cü il tarixdə Nurlan yaşadıqları evdə onu döymüşdür. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş şəxsin və zərər çəkmiş şəxsin izahatlarını və inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan “döymə” xətasının tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinib maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 27 avqust 2024-cü il, saat 12:35-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar