Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1545/2024 27.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağstafa şəhəri Ağstafa şəhəri R.Alıcanov küçəsi blok 2 mənzil 10-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Ağstafa rayon Polis şöbəsindən (RPŞ) daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixində Ağstafa rayon Polis şöbəsi tərəfindən İXM-nin 157-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixində, Ağstafa şəhəri R.Alıcanov küçəsi blok 2 mənzil 10-da həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarında olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin 15 iyul 2024-cü il tarixli 279 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərindəki xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından Ağstafa rayon Polis şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 2 mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qeyri-rəsmi həyat yoldaşıdır. O, həyat yoldaşı ilə xx.xx.2024-cü il tarixdə işdən evə gələn zaman mübahisə etmişdir. Mübahisə zamanı Şəxs anası, xalasıqızı Mələk və Təranə, Yeznəsi Emin, qaynanası Gülnar olmuşlar. O həyat yoldaşını döymədiyini, bıçaqla heç bir xəsarət yetirmədiyini bildirmişdir. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid1 bildirdi ki, Şəxs qonşusudur. xx.xx.2024-cü il tarixdə işdən evə gedən zaman qonşusu evində münaqişə olduğunu görmüş və oraya getmiş, bu zaman Şahid5 boynundakı yaylığı açaraq öz saçını yolduğunu və qızı Aminənin isə nalayiq ifadələr işlətdiyini bildirmişdir. Sonra isə öz evinə getmiş, Şəxs Aminəni döyməsini bıçaq atmasını görməmişdir. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid3, Şahid2, Şahid4, Şahid6, Şahid7 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. 6 ay əvvəl ailə həyatı qurublar və bu evlilikdən 4 aylıq hamilədi. Həyat yoldaşından xx.xx.2024-cü il tarixdə işdən evə gəldik sonra müalicə üçün pul istəyən zaman mübahisə düşmüş, həyat yoldaşı Şəxs zəng edib Aminə Abdullayevanın anası Şahid5 çağırmışdır. Şahid5 gəldikdən sonra Şükürün onu döydüyünü və mətbəx bıçağı atdığını bildirmişdir. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid5 zərərçəkmişin anasıdır.xx.xx.2024-cü il tarixdə şükür zəng edərək qızını gəlib aparmağı bildirmiş. Zəngdən sonra dərhal onların yaşadğı evə getmiş onları mübahisə edərək görüb ayırmağa çalışmış, lakin Şükür mətbəx bıçağı gətirib Aminəyə atan zaman Şahid5 əlinə dəymiş xəsarət yetirmişdir. Xalası qızları Təranə və Mələk gəlmiş daha sonra qohumu Emin gəlib Şükürü təkmi görmüsüz deyərək Aminəyə şillə vurmuşdur. Sonra oradan uzaqlaşmışlar. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında 27 avqust 2024-cü il tarixli, ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan “döymə” xətasının tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinib maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-1545/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1545/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver