Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1547/2024 26.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, X4 onun barəsində Ağstafa RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolunun və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş Ağstafa RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolunun və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Ağstafa RPŞ-nin DYPB-nin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolu ilə o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə cəzası təyin olunmuşdur. Bu barədə ona hər hansı rəsmi protokol və ya qərar göndərilməmiş, mobil telefonuna da bu barədə heç bir SMS və sair məlumat göndərilməmiş, yaşadığı yer üzrə Köçəsgər kənd İƏD üzrə nümayəndəliyinə və kənd bələdiyyəsinə də heç bir məlumat verilməmişdir. Belə ki, iddia olunur ki, o, xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Lakin bu barədə tərtib edilmiş protokol və onun əsasında çıxarılmış qərar ona təqdim olunmamışdır. Həmçinin inzibati tənbeh vermə haqqında qərar inzibati protokol tərtib edildiyi gündən 01 ay 03 gün sonra verilmişdir. Hal-hazırda isə aradan iki ay müddət keçdikdən sonra barəsində çıxarılmış qərar icraya yönəldilmişdir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarınınının yeri və vaxtı barədə şikayət vermiş şəxs X5 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. şəxs X4 nümayəndəsi kimi özünü təqdim edən, (bacısı) Nümayəndə qardaşının Rusiya Federasiyasında, özünün isə Bakı şəhərində olması səbəbindən məhkəmə iclasını onların iştirakı olmadan keçirib şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırki şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta icraatı üzrə barəsində inzibati icraat aparılan şəxsin nümayəndəlik institutu nəzərdə tutulmadığından ) Nümayəndə məhkəmə prosesinə buraxıla bilməz. Yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Məhkəmə şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Ağstafa RPŞ-dən daxil olmuş materialdan göründüyü kimi, X8 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Ağstafa RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokoldan görünür ki, X8 protokolla tanış olmuş, etirazı olmamasını bildirmiş və həmin protokolu imzalamışdır. Həmçinin xx.xx.2024-cü il tarixli 112 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X1 olub olmamasını dəqiqləşdirmək üçün alkotestr müayinəsi aparılmış və onda sərxoşluğun miqdarı 0,876 olmuşdur. Göründüyü kimi, Ağstafa RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmuş, həmçinin şikayət vermiş şəxs onun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Daha sonra X2 RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarına əsasən İXM-nin 332.1, 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə edilmişdir. Zabil Əsədovun heç bir əsaslı dəlil təqdim etmədən tərtib olunan protokolun ona göndərilməməsini bildirməsi əsaslı görünmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol ilə X8 tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati xəta törədilmişdir. Əsədov Zabil tərəfindən həmin inzibati xəta törədildiyindən barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və şəxs həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Daha sonra X2 RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarına əsasən İXM-nin 332.1, 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə edilmişdir. Bu səbəbdən həmin protokol və qərar qəbul olunarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. İş üzrə X7 öz şikayət ərizəsində inzibati xəta haqqında protokolun ona təqdim olunmamasını bildirsə də, onun qeyd etdiyi hallar məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, X4 barəsində tərtib edilmiş Ağstafa RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolu və xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. X4 barəsində tərtib edilmiş Ağstafa RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolu və xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1547/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1547/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver