Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1578/2023 26.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 442-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağstafa şəhəri 33-cü məhəllə ilə Hüseyn Arif küçəsinin kəsişməsində yerləşən “Ömər” marketdə istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələri qanunsuz satması faktı aşkar olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, Ağstafa şəhəri H.Arif küçəsində özünə məxsus “Ömər” market adlı mağaza işlədir. Təxminən 3 ay əvvəl Bakı şəhərində olarkən “Sədərək” ticarət mərkəzində tanımadığı şəxsdən pirotexniki vasitələr alıb gətirmişdir. xx.xx.2023-cü il tarixdə mağazada olarkən həmin pirotexniki vasitələri satan zaman polis əməkdaşları marketə daxil olaraq həmin pirotexniki vasitələri aşkar etmişlər və həmin vasitələri götürərək onu Ağstafa RPŞ-nə aparmışlar. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağstafa şəhəri 33-cü məhəllə ilə Hüseyn Arif küçəsinin kəsişməsində yerləşən “Ömər” marketdə istehsalı və ya satılması qadağan olunmuş üzərində “Petards” yazısı olan içərisində 60 ədəd olmaqla kiçik ölçülü qutulardan ibarət olan hər birində 10 ədəd böyük qutular, “Roman Candle” yazısı olan 2 ədəd 5 pirotexniki vasitə, “Magical Candle 40ball” yazılmış 9 ədəd, “X3” yazısı olan 3 qutu hər qutuda 10 ədəd olmaqla 30 ədəd, “Football Salute” yazısı olan 48 ədəd, “X2” yazısı olan üç bucaq formalı 6 ədəd, “EK 23” yazısı olan 6 ədəd, “P 500” yazısı olan qara rəngli 10 ədəd pirotexniki vasitələri qanunsuz satması faktı aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) qanun pozuntusu kimi qiymətləndilməklə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 442-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir, əməlindən peşmandır və həmin hallar onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs aşkar edilərək götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş üzərində “Petards” yazısı olan içərisində 60 ədəd olmaqla kiçik ölçülü qutulardan ibarət olan hər birində 10 ədəd böyük qutular, “Roman Candle” yazısı olan 2 ədəd 5 pirotexniki vasitə, “Magical Candle 40ball” yazılmış 9 ədəd, “X3” yazısı olan 3 qutu hər qutuda 10 ədəd olmaqla 30 ədəd, “Football Salute” yazısı olan 48 ədəd, “X2” yazısı olan üç bucaq formalı 6 ədəd, “EK 23” yazısı olan 6 ədəd, “P 500” yazısı olan qara rəngli 10 ədəd pirotexniki vasitələr məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 442-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Şəxs aşkar edilərək götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş üzərində “Petards” yazısı olan içərisində 60 ədəd olmaqla kiçik ölçülü qutulardan ibarət olan hər birində 10 ədəd böyük qutular, “Roman Candle” yazısı olan 2 ədəd 5 pirotexniki vasitə, “Magical Candle 40ball” yazılmış 9 ədəd, “X3” yazısı olan 3 qutu hər qutuda 10 ədəd olmaqla 30 ədəd, “Football Salute” yazısı olan 48 ədəd, “X2” yazısı olan üç bucaq formalı 6 ədəd, “EK 23” yazısı olan 6 ədəd, “P 500” yazısı olan qara rəngli 10 ədəd pirotexniki vasitələr məhv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1578/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1578/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver