Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1586/2025 17.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1998-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 334.3cü maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda idarə etdiyi özünə məxsus olmayan “Vaz 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri, S.Vurğun küçəsində düzünə hərəkətdə olan zaman manevr qaydasını pozaraq yolun kənarında dayanıqlı vəziyyətdə olan X2 məxsus “Chevrolet Cruze” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Buna görə onun barəsində İXM-nin 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 15:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda idarə etdiyi özünə məxsus olmayan “Vaz 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri, S.Vurğun küçəsində düzünə hərəkətdə olarkən yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan “Chevrolet Cruze” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hisəsindən vurmuşdur. Özünə məxsus avtomobili sataraq zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəkdir. Maddi imkanı aşağı olduğundan ona cərimə cəzası təyin olunacağı təqdirdə həmin cəriməni ödəmək iqtidarında deyildir. Hazırda əməlindən peşmandır. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis kapitanı X5 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda idarə etdiyi özünə məxsus olmayan “Vaz 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri, S.Vurğun küçəsində düzünə hərəkətdə olan zaman manevr qaydasını pozaraq yolun kənarında dayanıqlı vəziyyətdə olan X2 məxsus “Chevrolet Cruze” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Buna görə, onun barəsində İXM-nin 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:10 radələrində Ağstafa şəhəri, S.Vurğun küçəsində ona məxsus “Chevrolet Cruze” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanıqlı vəziyyətdə yolun sağ kənarında olmuş və Şəxs idarə etdiyi Vaz 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi deyil. Ona görə də, qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan sərxoşluq müayinə aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti aşkar edilişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən, bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Heydər Əhmədov nəqliyyat vasitəsinin etibarnamə və idarə etmək hüququ olmadan alkoqoldan istifadə etməklə araməsafəsi saxlamadan idarə edərək zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla onun əməli İXM-nin 334.3-cü maddəsi ilə əhatə olunduğundan, o, əlavə olaraq İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, Şəxs tərəfindən İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxsa qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, yəni sürücülük hüququ olmadan, sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi, təqsirinin dərəcəsini, dəymiş ziyanı ödəməməsi, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 327.1, 334.1 və 334.3cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 dekabr 2025-ci il tarixdən saat 16:20-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X3 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1586/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1586/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver