Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-159/2023 31.01.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi və Sənan Tahir oğlu Nağıyevin katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştrakı ilə, xx.xx.1961-ci ildə Qazax rayonu Qarahəsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağstafa şəhəri, Yeni Məhəllə ünvanında yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Fiziki şəxs Şəxs barəsində xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisai İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşı tərəfindən İXM-nin 398-cı maddəsi ilə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, həmin tarixdə, Ağstafa şəhəri, Heydər Əliyev prospekti 54b unvanında yerləşən Şəxs məxsus baytarlıq aptekində xüsusi razılıq (lisenziya) olmadan baytarlıq preparatların satışının həyata keçirilməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı müəyyən edilmişdir. X1 fəaliyyətinin tədarükü, emalı və satışı xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü hesab olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən Şəxs bildirdi ki, baytarlıq preparatları satışı ilə məşğul olur və qısa müddət ərzində xüsusi razılıq alınmasını təmin edəcək. Törətdiyi xətadan peşmandır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə növündə inzibati tənbeh tətbiq edilir. İnzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xüsusi razılıq (lisenziya) olmadan baytarlıq preparatların satışının həyata keçirilməsi nəticəsində 210 manat məbləğdə gəlir əldə etmişdir. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona vurulmuş ziyanın (gəlirin) 2 misli məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 425-ci maddəsini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək vurulmuş ziyanın (gəlirin) 2 misli məbləğində, yəni 420 (dörd yüz iyirmi) manat məbləğində cərimə olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-159/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-159/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver