Məhkəmə qərarları › İş №3(015)-1590/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1590/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1590/2025 15.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Qazax-Tovuz Regional şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən vətəndaş X1 əmək haqqı və son haqq hesabının ödənilməməsi ilə bağlı müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi barədə Şəxs MMC-nə xx.xx.2025-ci il tarixli 3-17-5/2-64728/2025 nömrəli bildiriş göndərilmiş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilməmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 bildirdi ki, Şəxs MMC-nə X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktub onlara təqdim edilməmiş, həmin vaxt müəssisənin fəaliyyəti dayandırılmışdır. Eyni zamanda cəmiyyət xx.xx.2025-ci il tarixdə özəlləşdirilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən vətəndaş X1 əmək haqqı və son haqq hesabının ödənilməməsi ilə bağlı müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi barədə cəmiyyətə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2- 64728/2025 nömrəli bildirişə cavab verilməməsi səbəbindən tərtib olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Lakin inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidməti tərəfindən vətəndaş X1 əmək haqqı və son haqq hesabının ödənilməməsi ilə bağlı müraciətini təsdiq edən sənəd, Şəxs MMC-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-64728/2025 nömrəli bildiriş və həmin bildirişin cəmiyyətə verilməsini təsdiq edən sübut əlavə olunmamışdır. Məhkəmə tərəfindən həmin sənədlərin təqdim olunması üçün məhkəmə iclasları təxirə salınsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Qazax- Tovuz Regional şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Qazax- Tovuz Regional şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar