Məhkəmə qərarları › İş №3(015)-1592/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1592/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1592/2025 08.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtı̇ yatları Agentlı̇ yı̇ yanında Suların İstı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X2 nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Qazax rayonu, Dağ Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən 16 dekabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən kafedə formalaşan tullantı sularının kənddaxili kanala axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtı̇ yatları Agentlı̇ yı̇ yanında Suların İstı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X2 nümayəndəsi X8 protokolu müdafiə edərək bildirdi ki, 16 dekabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən kafedə formalaşan tullantı sularının kənddaxili kanala axıdılması faktı müəyyən edilmiş, həmin vətəndaş müəyyən edilmiş, fakt barədə akt tərtib edilmiş, ərazinin fotoşəkilləri çəkilmiş, vətəndaşın izahatı alınmış və həmin vətəndaşın barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib edilərək Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də, vəzifəli şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin Ağstafa rayonu, Dağ Kəsəmən kəndində kafe (çay evi) işlədir. Yazılmış protokolla razıdır. Yaranmış problemi tez bir zamanda aradan qaldıracaq. Odur ki, nəzərə alınmasını xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 001853 saylı aktdan görünür ki, 9 Saylı X2 xx.xx.2025-ci il tarixli, 0027 saylı Sərəncamına əsasən, xidməti ərazi üzrə Azərbaycan Respublikasının Su Məcəlləsinin və Suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən (koordinat 41.0947323, 45.3938351) mövcud olan kafedə formalaşan tullantı sularının birbaşa Dağ Kəsəmən kənddaxili kanala axıdılması faktı aşkar edilmişdir. Araşdırma zamanı sözügedən kafenin Şəxs məxsus olduğu müəyyən edilmişdir. Şəxs məsələ ilə bağlı verdiyi yazılı izahatında ona məxsus olan kafedə formalaşan çirkab sularının Dağ Kəsəmən kənddaxili kanala axıdıldığı bildirmiş və nöqsanı qısa zamanda aradan qaldıracağını bildirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 103cü maddəsinin tələbləri pozulmuşdur. Akta ərazidən çəkilmiş fotoşəkillər və izahatlar əlavə olunmuşdur. İnzibati xəta haqqında 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən kafedə formalaşan tullantı sularının Dağ Kəsəmən kənddaxili kanala axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXMnin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1-9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi, qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuşdur, kafenin fəaliyyəti zamanı formalaşan maye tullantılarının axıdılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisəsi ilə hər hansı müqavilənin bağlanması və həmin suların kanalizasiya şəbəkəsi vasitəsilə axıdılması halları aşkar olunmamış, əksinə qanunvericiliyin tələbləri pozularaq həmin tullantı sularının yaxınlıqdakı kənddaxili kanala axıdılması təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törədilməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48, 114, 128-130-cu və 262.2.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar