Məhkəmə qərarları › İş №3(015)-1594/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1594/2025

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1594/2025 22.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6” publik hüquqi şəxsinin nümayəndələri Nümayəndə1, Nümayəndə2 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş 28 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati məsuliyyətdən azad olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək vəzifəli şəxs qismində 5000 manat cərimə tətbiq etmişdir. Qərar ona SX047336625AZ kodlu məktubla xx.xx.2025-ci il tarixdə verilib. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun hüquqları pozulmuş, beləliklə İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” PHŞ-nin X10 mütəxəssisi X8 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilib. Həmin Protokola əsasən guya 26 noyabr 2025-ci il tarixdə saat 16:05-də Ağstafa şəh. H.Əliyev prospekti «Yusif Bəbə» mağazasının yanında yerləşən "Fatimə" salonunda fərdi sahibkar X1 plandankənar yoxlama zamanı lisenziya olmadan özəl praktiki tibb fəaliyyəti ilə (“kosmetoloji" lazer epilyasiya) məşğul olduğu aşkarlanmışdır”. İnzibati xəta haqqında X4 Mərkəzi X10 mütəxəssisi X8 tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əsasən İXM 210-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Səhiyyə naziri, Səhiyyə nazirinin müavinləri, aparatın rəhbəri, onun müavini, hüquq və daxili nəzarət sektorunun müdiri səlahiyyətlidir. Göründüyü kimi, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Hansı ki, belə olan halda inzibati xəta haqqında protokol inzibati xətanı aşkar edən vəzifəli şəxs tərəfindən tərtib edilərək qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilməliydi. Həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 5000 (beş min) manat məbləğində cərimə edilmişəm. AR İXM-in 61.3-cü maddəsinin tələbinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Nə inzibati xəta haqqında protokolun, nə də inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsində mənim iştirakım təmin edilməyib və bu mənim İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını (61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;) kobud şəkildə pozmuşdur. Ona görə də, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edib, şikayət verdiyi qərarda onun işlətdiyi yerin tibb mərkəzi yazıldığını, lakin oranın qadınlar üçün gözəllik salonudur. Salondakı avadanlıqlar isə tibbi avadanlıqlar deyil. Odur ki, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı tərtib edən orqan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 bildirdi ki, Səhiyyə Nazirliyinin “X6” publik hüquqi əməkdaşları tərəfindən 26 noyabr 2025-ci il tarixdə Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən "Fatimə" adlı X2 məxsus salonda plandan kənar yoxlama keçirilmişdir. Həmin yoxlama zamanı lisenziya olmadan özəl praktiki tibb fəaliyyəti ilə (“kosmetoloji" lazer epilyasiya) məşğul olduğu aşkarlanmışdır. Həmin hal təsdiqini tapdığından AR İXM-nin 210.1-ci maddəsi əsasında protokol tərtib edilmişdir. Yoxlama plandan kənar aparılmış və fotoşəkillərlə və video çəkilişlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qərarı tərtib edən orqan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə şikayətçinin, habelə qərarı tərtib edən orqanın nümayəndələrini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir Belə ki, 26 noyabr 2025-ci il tarixli, ******* saylı protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş 28 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X2 AR İXM-nin 210.1-ci maddəsi üzrə 5000 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 26 noyabr 2025ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, 26 noyabr 2025-ci il tarixdə saat 16:05-də Ağstafa şəhəri, Heydər Əliyev prospekti «Yusif Bəbə» mağazasının yanında yerləşən “Fatimə” salonunun fərdi sahibkar X1 lisenziya olmadan özəl tibb fəaliyyəti (“kosmetoloji" lazer epilyasiya) göstərilməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 28 noyabr 2025ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 26 noyabr 2025-ci il tarixdə saat 16:05-də Ağstafa şəhəri, Heydər Əliyev prospekti «Yusif Bəbə» mağazasının yanında yerləşən “Fatimə” salonunda X1 lisenziya olmadan özəl tibb fəaliyyəti (lazer, epilyasiya) göstərilməsi faktı aşkar olunmuşdur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə elə öhdəlik müəyyən edir ki, məhkəmə proses iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlarla müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə ilk öncə bildirmək istəyir ki, özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin fəaliyyətinə nəzarət edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X6nə məxsusdur. Öz səlahiyyətləri çərçivəsində qeyd edilən obyektlərdə müvafiq yoxlamaların həyata keçirilməsi və müvafiq araşdırmaların aparılması Mərkəzə məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 10-cu bəndinə görə dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Dövlət orqanları arasında səlahiyyət bölgüsünün olmaması hüquqlardan sui istifadə hallarına səbəb olmaqla, insan və vətəndaşın konstitusion hüquqlarının pozulması ilə nəticələnəcəkdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya– müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müavini X7 26 noyabr 2025-ci il tarixdə saat 16:05-də Ağstafa şəhəri, Heydər Əliyev prospekti «Yusif Bəbə» mağazasının yanında yerləşən “Fatimə” gözəllik salonunda lazer aparatı aşkar edərək, X1 lisenziya tələb edən özəl tibbi fəaiyyətlə məşğul olmasını müəyyən etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 26 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli protokol tərtib etmiş, daha sonra isə həmin protokol əsasında İXM-in 210.1-ci maddəsinə əsasən 28 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, lisenziya tələb olunan fəaliyyətin sırasına özəl tibbi fəaliyyəti ilə məşğul olmaq da qeyd edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 1 nömrəli Əlavəsinin 2.13.2-ci yarımbəndində kosmetoloji xidmət lisenziyalaşdırılmış tibbi xidmətlər sırasına aid edilmişdir. Həmçinin, “Özəl tibb fəaliyyəti haqqında” Qanun 4-cü bəndinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Göründüyü kimi, kosmetoloji xidmət lisenziyalaşdırılmış tibbi xidmətlər sırasına aid edilmiş, həmçinin həmin fəaliyyətin özəl tibb fəaliyyəti sahəsində həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X6nin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı X1 Ağstafa şəhəri, Heydər Əliyev prospekti «Yusif Bəbə» mağazasının yanında yerləşən “Fatimə” salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti (“kosmetoloji" lazer epilyasiya) ilə məşğul olması aşkar olunmuşdur. Bu səbəbdən onun barəsində 26 noyabr 2025-ci il tarixli, ******* saylı protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş 28 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X3 AR İXM-nin 210.1-ci maddəsi üzrə 5000 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Həmin Məcəllənin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X3 barəsində qərar qəbul olunarkən qanunvericiliyin maddi və prosessual tələblərinə riayət olunaraq heç bir hüquq və ya qanun pozuntusuna yol verilməmiş, inzibati tənbeh tətbiq edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar faktiki sübutlarla müəyyən edilərək düzgün qərar qəbul edilmişdir. Ona görə də, şikayət təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 28 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 28 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar