Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1595/2025 18.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Şikayət vermiş şəxs X4 və etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 Müşafiq oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Ətraf mühitin Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq sektorunun məsləhətçisi-müfəttişi Nümayəndə3 iştirakı ilə, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 08 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 253.3.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. X6 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati məsuliyyətdən azad olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, o, Ağstafa rayonu Poylu qəsəbə sakini X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt xidmətinə verdiyi düzgün olmayan məlumata görə xx.xx.2025-ci il tarixdə akt tərtib olunmuşdur. Bundan sonra 28 noyabr 2025-ci il tarixli MN2113972 saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur. Ağstafa rayonu, Poylu qəsəbəsindən keçən su kanalının mühafizə zolağında yerləşən 1 (bir) ədəd yemişan ağacının kəsilməsi həyata keçirilmişdir. 28 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh protokolunun tam ləğv edilməsini, inzibati məsuliyyətdən azad olunmasını, inzibati icraata xitam verilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bu ərizəyə tam qərəzli olduqları açıq-aşkar göstərərək əvvəlcə xx.xx.2025-ci il daxili tələbə vurulmuş ziyanın ödənilməsi tələbinə dair daxili iddia ilə onu məlumatlandırmaqla, etmiş olduqları qanunsuz əməlləri ilə nə demək istədiklərini başa düşmür. Çünki onun şəxsi işi deyil, dövlətin ona vermiş olduğu səlahiyyətlər çərçivəsində dövlətin işini görmüşdür. Qanunvericliyin norma və prinsiplərini izah etməyinə baxmayaraq, yenə də öz bildiklərini etməklə qanunsuzluqlår etməkdə davam edirlər. Göründüyü kimi, iddia tələbində əvvəlcə 300 (üç yüz) manat məbləğində ziyan vurulduğunu müəyyən edilmiş, daha sonra 08 dekabr 2025-ci il tarixli MN1897475 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək vəzifəli şəxs qismində 7000 (yeddi min) manat məbləğində cərimə tətbiq edilmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2025-ci il tarixli MN1897475 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 və etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 Müşafiq oğlu şikayət ərizəsini müdafiə edib, əlavə vəsatət təqdim edib göstərdi ki, X4 Ağstafa rayonu, Poylu qəsəbəsindən keçən su kanalının mühafizə zolağında yerləşən 1 (bir) ədəd yemişan ağacının kəsilməsi həyata keçirməsinin səbəbi həmin kanalda su axının düzgün olması üçün etmişdir. F.Eyyubovun şəxsi işi deyil, dövlətin ona vermiş olduğu səlahiyyətlər çərçivəsində işini görmüşdür. Qanunvericiliyin norma və prinsiplərini izah etməyinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yenə də öz bildiklərini etməklə qanunsuzluqlar etməkdə davam edir. X6 heç bir qanunsuz hərəkət etməmiş dövlətin ona verdiyi səlahiyyətlərdən istifadə etmişdir. Odur ki, şikayət ərizəsinin təmin olunmasını, eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X2 barəsində xüsusi qərar çıxarılmasını, qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyət məsələsinə baxılması üçün xüsusi qərarın aidiyyəti Nazirliyə göndərilməsi, gələcəkdə inzibati icraat zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi ilə bağlı tədbirlər görülməsi barədə tapşırıq verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq sektorunun məsləhətçisi-müfəttişi Nümayəndə3 bildirdi ki, yaşıllıqların qorunması Azərbaycan Respublikasının qanunları ilə qorunur. Onların kəsilməsi məhv edilməsinə qanun çərçivəsində yol verilir. Nümayəndə1 izahatından da görünür ki, F.Eyyubov həqiqətən Ağstafa rayonu, Poylu qəsəbəsindən keçən su kanalının mühafizə zolağında yerləşən 1 (bir) ədəd yemişan ağacı kəsmişdir. Odur ki, şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Ağstafa rayonu Poylu qəsəbə sakini X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə ünvanladığı müraciətində qapasının qabağında olan ağacların kəsilməsini bildirmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və məlum olmuşdur ki, Ağstafa SMSİİ-nin rəhbəri Fərid Eyyubovun göstərişi əsasında tərəfindən Poylu qəsəbəsi ərazisindən keçən su arxının mühafizə zolağında olan 1 (bir) ədəd yemişan ağacı kəsilməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X6 vəzifəli şəxs kimi 28 noyabr 2025-ci il tarixli, ******* saylı protokol əsasında AR İXM-nin 253.3.3-ci maddəsi üzrə 7000 manat məbləğində cərimə tətbiq edilmişdir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə elə öhdəlik müəyyən edir ki, məhkəmə proses iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlarla müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. İş üzrə şikayətçi “Azərbaycan Dövlət X3 fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 68 nömrəli Fərmanını əsas gətirmişdir. “Azərbaycan Dövlət X3 fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 68 nömrəli Fərmanında Azərbaycan Dövlət X3 fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrdə suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitmiş, habelə dövlət ehtiyacı üçün ayrılmış torpaqlarda aparılan meliorasiya və irriqasiya tədbirləri zamanı həmin obyektlərin altına düşən yaşıllığın götürülməsi vərəqi və Fövqəladə hallar zamanı suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Göründüyü kimi, “Azərbaycan Dövlət X3 fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 68 nömrəli Fərmanında Azərbaycan Dövlət X3 fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrdə götürülmə vərəqinin alınmaması nəzərdə tutulmuş, həmin Fərmanda müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı olması qeyd olunmamışdır. Halbuki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Lakin şikayətçi tərəfindən yaşıllığın götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmiş, bu barədə həmin orqanın rəyi alınmamış, gütürülmə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilməmişdir. Bununla da, X6 “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Bu səbəbdən əsaslı olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli qərarla X5 vəzifəli şəxs kimi 28 noyabr 2025-ci il tarixli, ******* saylı protokol əsasında AR İXM-nin 253.3.3-ci maddəsi üzrə 7000 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Həmin Məcəllənin 253.3.3-cü maddəsinə əsasən su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X6 barəsində qərar qəbul olunarkən qanunvericiliyin maddi və prosessual tələblərinə riayət olunaraq heç bir hüquq və ya qanun pozuntusuna yol verilməmiş, inzibati tənbeh tətbiq edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar faktiki sübutlarla müəyyən edilərək düzgün qərar qəbul edilmişdir. Ona görə də, şikayət təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, X4 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 08 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda X4 və etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 Müşafiq oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi vəzifəli şəxs(lər)i barəsində xüsusi qərar çıxarılması barədə vəsatətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, şikayətçi tərəfindən qanunverciliyin tələbləri pozularaq yaşıllıqların götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmiş, bu barədə həmin orqanın rəyi alınmamış, götürülmə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2025ci il tarixli MN № ******* nömrəli qərarla X5 vəzifəli şəxs kimi inizibati cərimə tətbiq edilmişdir. X6 barəsində qərar qəbul olunarkən qanunvericiliyin maddi və prosessual tələblərinə riayət olunaraq heç bir hüquq və ya qanun pozuntusuna yol verilməmiş, inzibati tənbeh tətbiq edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar faktiki sübutlarla müəyyən edilərək düzgün qərar qəbul edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi vəzifəli şəxs(lər)i barəsində xüsusi qərar çıxarıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 08 dekabr 2025-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1595/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1595/2025
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver