Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1656/2024 02.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 onun barəsində Bakı şəhəri BPİ-nin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş Bakı şəhəri BPİ-nin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, özünə məxsus “Toyota Camry” markalı **-LC-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, 20 Yanvar dairəsində hərəkətdə olarkən Bakı şəhər DYP-nin inspektoru polis kapitanı X4 işarə verərək idarə etdiyi avtomobili saxlamağını tələb etmiş, o da avtomobili saxlamışdır. Kənan Müzəffərli ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra ona qırmızı işıqda keçdiyi üçün barəsində inzibati protokol yazacağını bildirmişdir. O, isə qırmızı işıqda keçmədiyini bildirmiş və ondan görüntüləri ona göstərməsini istəmişdir. Polis işçisi ona görüntüləri təqdim etməmiş və ona gedə biləcəyini bildirmişdir. O da hərəkətinə davam etmişdir. Bir neçə gündən sonra isə telefonuna İXM-nin 327.2-ci maddəsi ilə inzibati cərimə olunmağı barədə bildiriş gəlmişdir. Bundan sonra dəfələrlə Azərbaycan Respublikası BDYPİ-nə kamera görüntülərinin ona təqdim edilməsi ilə bağlı müraciət etsə də heç bir nəticə əldə etməmişdir. Ona məlum olmuşdur ki, həmin protokol ona əsassız və qanunsuz yazılmışdır. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayət ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verib şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarınınının yeri və vaxtı barədə Bakı şəhəri BPİ-nin X10 İdarəsinin nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırki şikayətə Bakı şəhəri BPİ-nin X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Belə ki, şikayət vermiş şəxsin şikayət ərizəsi üzrə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Bakı şəhəri BPİ-nin X10 İdarəsinin polis kapitanı X2 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı üzrə bütün materialın təsdiq olunmuş surətlərini, həmçinin foto və videogörüntülərin Ağstafa Rayon Məhkəməsinə göndərilməsi üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinə Məhkəmə tərəfindən rəsmi qaydada sorğu verilmiş və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsi tərəfindən məhkəməyə videogörüntü göndərilmişdir. Həmin videogörüntüyə məhkəmə iclasında baxılarkən müəyyən olunmuşdur ki, X5 xx.xx.2024-cü il tarixdə saat 15:15 radələrində özünə məxsus “Toyota Camry” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, 20 Yanvar dairəsində işıqforun tələbini pozmuş və buna görə də onun barəsində həmin tarixdə İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğu üçün İXP6511243 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli İXP6511243 saylı inzibati xəta haqqında protokol ilə X5 tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati xəta törədilmişdir. Rafət Murquzov tərəfindən həmin inzibati xəta törədildiyindən barəsində xx.xx.2024-cü il tarixli İXP6511243 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra X5 Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarına əsasən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə edilmişdir. Bu səbəbdən həmin protokol və qərar qəbul olunarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. İş üzrə X5 öz şikayət ərizəsində inzibati xəta haqqında protokolun ona təqdim olunmamasını bildirsə də, onun qeyd etdiyi hallar məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, X3 barəsində tərtib edilmiş Bakı şəhəri BPİ-nin X10 İdarəsinin xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. X3 barəsində tərtib edilmiş Bakı şəhəri BPİ-nin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1656/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1656/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver