Məhkəmə qərarları › İş №3(015)-1659/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1659/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1659/2024 01.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Ağstafa rayonu Böyük Kəsik qəsəbəsi ərazisində yerləşən “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə 2119 nömrəli qatarın tərkibinə daxil olan 95010377 nömrəli vaqonda idxal olunmuş yüklə bağlı idxalatçı şirkət olan hüquqi şəxs Şəxs MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmiş **********9160 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində yükün daşındığı vaqonun nömrəsi 95010377 əvəzinə ********* olaraq qeyd olunmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə) təhrif olunmuş məlumat verilmişdir. İş üzrə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, X2 məhkəməyə protokola etiraz ərizəsini göndərib göstərmişdir ki, X1 qeydiyyatda olan Wellinqton Marketinq FZE şirkətindən xx.xx.2024-cü il tarixdə 2119 saylı qatarın tərkibinə daxil olan 95010377 saylı vaqonda Şəxs MMC-nin ünvanına daxil olunan və gömrük rəsmiləşdirilməsi məqsədi ilə DGK-nin X4 İdarəsinə təyinat alaraq həmin idarədə xx.xx.2024-cü il tarixli **********3987 sorğu nömrəli gömrük bəyannaməsində ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş "xxxx" yükünə görə AŞİB MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl xx.xx.2024-cü il tarixdə elektron formada **********9160 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir və həmin qısa idxal gömrük bəyamnaməsinin 21-ci qrafasında yükü daşıyan vaqonun nömrəsi 9501 0377 əvəzinə texniki səhv səbəbi ilə 95201 0377 (yəni 2 rəqəm artıq yazılıb) qeyd edilmişdir. Lakin nə malın adında, nə miqdarında, nə də gömrük rüsum və ödənişlərinə və ya vergiləndirməyə təsir edəcək məlumatlar dəyişdirilməmiş, təhrif edilməmişdir. Ona görə də Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta üzrə işlə bağlı icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinə və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə qeyd edir ki, qanunvercilikdə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsi ərazisində yerləşən “Böyük Kəsik” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə 2119 nömrəli qatarın tərkibinə daxil olan 95010377 nömrəli vaqonda idxal olunmuş yüklə bağlı idxalatçı şirkət olan hüquqi şəxs Şəxs MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmiş **********9160 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində yükün daşındığı vaqonun nömrəsi 95010377 əvəzinə ********* olaraq qeyd olunmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə) təhrif olunmuş məlumat verilmişdir. İş üzrə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, X2 qısa idxal gömrük bəyamnaməsinin 21-ci qrafasında yükü daşıyan vaqonun nömrəsinin 9501 0377 əvəzinə texniki səhv səbəbi ilə 95201 0377 (yəni 2 rəqəm artıq yazılıb) yazılmasını bildirmişdir. Məhkəmə hesab edir ki, nümayəndənin qeyd etdiyi hallar üzrlü səbəb kimi qəbul oluna bilməz. Qısa idxal gömrük bəyamnaməsində yükü daşıyan vaqonun nömrəsinin səhv yazılması texniki səhv kimi qəbul edilə bilməz. Belə ki, maddənin dispozisiyasında məlimatların təhrif olunmuş formada verilməsi də inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunanlara əsasən Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs MMC İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 430.4-cü maddəsində, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün həmin hüquqi şəxsə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 118 və 485.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs MMC (Ünvan: ünvan 1 ünvanında yerləşən, VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar