Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1664/2024 14.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 onun barəsində Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-121650 saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-121650 saylı qərarının ləğv edilməsi və qeyd olunan cərimələrin üzərindən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-121650 saylı qərarı ilə qeyd edilmişdir ki, Ağstafa Rayon Məhkəməsi tərəfindən qeyd edilmiş cərimələrin yəni inzibati xətaların ləğvi haqqında işlərin yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən baxılmış və yol hərəkəti qaydası pozuntuları tam olaraq sübuta yetirilməsi habelə həmin dövr üçün nəqliyyat vasitəsinin yalnız onun istifadəsində olması sübuta yetirildiyi qeyd edilir. Amma sözü gedən **-PK-*** saylı Şevrolet Niva markalı həmin avtomaşını idarə edən tamamilə başqa şəxsdir. Belə ki, o, işdən xx.xx.2020-ci il tarixdə çıxmış və xx.xx.2020-ci il tarixdə ACP ENGİNEERİNG MMC-yə və hazırda xx.xx.2022-ci ildən isə NORD VEST Constraction şirkətinə işə girmişdir. Ona görə də Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-121650 saylı qərarının ləğv edilməsi ilə bağlı qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edib onun barəsində qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib və şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, işdə olan sənədlərlə müəyən olunur ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-nin) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ20471559 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471560 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471561 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471562 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471563 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471564 nömrəli qərarların ləğv edilməsi barədə şikayət ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(015)-1347/2024 saylı qərarı ilə X2 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Bundan sonra DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən işə yenidən baxılmış və xx.xx.2024-cü il tarixli qərarla Ariz Binnətov yenidən inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuşdur. Hazırda Ariz binnətov həmin qərarla razılaşmayaraq qeyd edilən qərarın ləğv olunması və üzərindən cərimələrin götürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli əməlin baş verməsini və ya aradan qaldırılmasını müəyyən etməlidir. İnzibati xəta icraatının məqsədləri, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 60-cı maddəsində səlahiyyətli orqan tərəfindən bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməsi, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırması proseduru müəyyə edilmişdir. Həmin maddədə qeyd olunur ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. İş materialları ilə müəyyən olunur ki, X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 164 nömrəli məktubundan isə görünür ki, hazırda "xxxx" MMC-nin istifadəsində olan “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr (Maqro Constuction” MMC-nin əməkdaşı X3 adına deyil) səhvən Korporasiyanın keçmiş əməkdaşı X1 adına yönəldilmişdir. Həmin halların araşdırılması üçün Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(015)- 1347/2024 saylı qərarı ilə X2 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Lakin, qeyd edilən hallar barədə heç bir araşdırılma aparılmadan, sübutlara qiymət verilmədən, barəsində inzibati icraat aparılan şəxs çağırılıb dindirilmədən, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan Ariz Binnətov xx.xx.2024-cü il tarixli qərarla Ariz Binnətov yenidən inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuşdur. Həmin qərarda qeyd olunur ki, həmin dövr üçün nəqliyyat vasitəsini Ariz Binnətovun istifadəsində olması təsdiqini tapmışdır. Məhkəmə bu nəticəyə hansı dəlilllər əsasında gəlinməsini müəyyən edə bilmir. İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsində göstərilir ki, qərarda işə baxılarkən müəyyən edilmiş hallara istinad olunmalıdır. Vəzifəli şəxs tərəfindən hansı əsasla həmin dövr üçün nəqliyyat vasitəsini Ariz Binnətovun istifadəsində olması açıqlanmamışdır. "xxxx" MMC-nin istifadəsində olan “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr səhvən Korporasiyanın keçmiş əməkdaşı X1 adına yönəldilmişdir. X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Ariz Binnətov xx.xx.2020-ci il tarixdən ACP ENGİNEERİNG MMC-yə və hazırda xx.xx.2022-ci ildən isə NORD VEST Constraction şirkətində işləyir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi 07 sentyabr 2024-cü il tarixli, 16/1-121650 nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi 07 sentyabr 2024-cü il tarixli, 16/1-121650 nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1664/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1664/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver