Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1742/2024 29.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, Surət xx.xx.1982-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu Böyük Kəsik kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli, EQ 20471559 nömrəli inzibati xəta qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxs ona təyin olunmuş cəriməni ödəmədiyindən, həmin cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Şəxs cərimə növündə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati icraat aparılan Şəxs və protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Ağstafa RPŞ-nin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, məhkəmə iş materiallarını nəzərdən keçirdiyi zaman məlum olmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-nin) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ20471559 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471560 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471561 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471562 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471563 nömrəli, xx.xx.2024-cü il tarixli EQ20471564 nömrəli qərarların ləğv edilməsi barədə şikayət ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(015)-1347/2024 saylı qərarı ilə Şəxs barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Bundan sonra DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən işə yenidən baxılmış və xx.xx.2024-cü il tarixli qərarla Şəxs yenidən inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuşdur. Şəxs həmin qərarla razılaşmayaraq qeyd edilən qərarın ləğv olunması və üzərindən cərimələrin götürülməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(015)-1347/2024 saylı qərarı ilə Şəxs barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Lakin, qeyd edilən hallar barədə heç bir araşdırılma aparılmadan, sübutlara qiymət verilmədən, barəsində inzibati icraat aparılan şəxs çağırılıb dindirilmədən, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan Şəxs xx.xx.2024-cü il tarixli qərarla Şəxs yenidən inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuşdur. Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-121650 saylı qərarının ləğv edilməsi və qeyd olunan cərimələrin üzərindən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(015)-1742/2024 saylı qərarı ilə Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi 07 sentyabr 2024-cü il tarixli, 16/1-121650 nömrəli inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Göründüyü kimi, Şəxs barəsində hazırki protokolun tərtib olunmasına əsas olmuş, xx.xx.2024-cü il tarixli, EQ 20471559 nömrəli inzibati xəta qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən onun barəsində materiallar daxil olmuşdur. Həmin inzibati xəta üzrə hakimin inzibati xəta haqqında işə xitam verilməsi barədə qərarı mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsi tərəfindən tərtib olunmuş 06 avqust 2024-cü il tarixli İXP ******* saylı inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsi tərəfindən tərtib olunmuş 06 avqust 2024-cü il tarixli İXP ******* saylı inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1742/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1742/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver