Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1853/2024 12.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X* Abbasovun sədrliyi Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, «Şəxs» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa Rayon Polis Şöbəsində material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, «Şəxs» MMC-nə məxsus “MAN 33-360” yük markalı **-JF-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 02:58-də Bakı-Qazax yolu 33-cü km Bakı istiqamətində müəyyən edilmiş hərəkət sürətini 35 km/saat həddində aşmışdır. 02.*0.2024-cü il tarixində elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün «Şəxs» MMC-yə sorğu göndərilmişdir. Lakin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğusu daxil olan səlahiyyətli orqana sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati icraat aparılan «Şəxs» MMC-nə və protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Ağstafa RPŞ-nin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6*.3-cü maddəsini rəhbər tutaraq işə inzibati xəta törətmiş şəxs «Şəxs» MMC-nin və Ağstafa Rayon Polis Şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, «Şəxs» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan İXP ******* nömrəli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, inzibati iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:58də «Şəxs» MMC-nə məxsus olan “MAN 33-360” yük markalı **-JF-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 02:58-də Bakı-Qazax yolu 33-cü km Bakı istiqamətində müəyyən edilmiş hərəkət sürətini 35 km/saat həddində aşması ilə bağlı inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın alınması üçün 02.*0.2024-cü il tarixində «Şəxs» MMC-nə sorğu göndərilmiş, lakin həmin sorğuya sorğu daxil olduğu vaxtdan 5 gün müddətində cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) *8.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin *8.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin *8.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin *8.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin *8.2.*-*8.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, «Şəxs» MMC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün həmin hüquqi şəxsə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347, *06, **0, **5, **7, *29-*30-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : «Şəxs» MMC (Ünvan: Ağstafa rayonu, Vurğun ŞTQ yerləşən) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən *0 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1853/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1853/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver