Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1855/2024 26.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, «X*» X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: «X*» X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında *5.**.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” markalı 05AC206 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən 24.*0.2024-cü il tarixdə saat 09:09-da M 2, E 60, AH 5 Bakı-Ələt- Qazax-Gürcüstan yolu, 465 km-də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün «X*» X4 sorğu göndərilmişdir. Lakin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana (vəzifəli şəxsə) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «X*» X5 nümayəndəsinə və inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar qəbul etmiş Ağstafa RPŞ-yə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” markalı 05AC206 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən “Respublika Təcili və X2 Mərkəzi” X6 təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün həmin hüquqi şəxsə müraciət edilməmiş, müraciət «X*» X4 göndərilmiş, inzibati xəta haqqında protokol isə həmin hüquqi şəxsin barəsində tərtib edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İXM-nin 76.*-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” markalı 05AC206 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Respublika Təcili və X2 Mərkəzi” X6 təhvil verilmişdir. “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” markalı 05AC206 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən 24.*0.2024-cü il tarixdə saat 09:09-da M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolu, 465 km-də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün “Respublika Təcili və X2 Mərkəzi” X6 müraciət edilməmiş, müraciət isə *8.**.2024-cü il tarixdə «X*» X4 göndərilmişdir. Bundan sonra inzibati xəta haqqında protokol da həmin hüquqi şəxsin barəsində tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *09.*.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin *09-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «X*» X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair *5.**.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1855/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1855/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver