Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-189/2024 29.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: xx.xx.2024-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır: Belə ki, inzibati xəta törətmiş şəxs haqqında məlumatları (soyadı, adı, atasının adı, təvəllüdü, doğulduğu yer, yaşayış yeri) özündə əks etdirən təsdiqləyici sənəd, ümumiyyətlə belə bir şəxsin mövcudluğuna dair hər hansı bir sənəd əlavə edilməmişdir. İXM-nin 100.1.3-cü maddəsinə görə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar göstərilməlidir. Bu maddədə “şəxs haqqında məlumatlar” deyiləndə ancaq şəxsin soyadı, adı və atasının adı nəzərdə tutulmur, şəxsin barəsində olan inzibati xəta haqqında işə baxmağa imkan verən, o cümlədən həmin şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona təyin olunacaq inzibati tənbehi fərdiləşdirməyə imkan verən məlumatlar nəzərdə tutulur. Məhkəməyə təqdim edilən materiallardan Şəxs icra işi üzrə tələbin könüllü icrası barədə bildirişin göndərildiyi məlum olsa da bu bildirişin Şəxs verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs icra işi ilə bağlı məlumatlı olmasına dair mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini icra etməməsini hazırda təqdim edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün deyildir. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. X1 barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə qaytarılsın Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-189/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-189/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver