Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1925/2024 04.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Həsənova (Mehraliyeva) Günel Mehralı qızının, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1986-cı ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağstafa şəhəri S.Vurğun küç ev 53-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-352/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 120 manat məbləğində pul tutularaq tələbkar Həsənova (Mehraliyeva) Günel Mehralı qızına, Ağstafa Rayon Məhkəməsinin 2(015)-89/2012 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 3.000 manat məbləğində pul tutularaq tələbkar X1, Ağstafa Rayon Məhkəməsinin 2(015)-799/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2.856,25 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi barədə icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, hal-hazırda yeni işə qəbul olunmuş və işləyərək borclarını ödəyəcəkdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs Həsənova (Mehraliyeva) Günel Mehralı qızı izahatında bildirdi ki, Şəxs ona aliment ödəmir. Hətta əvvəl də inzibati məsuliyyətə cəlb olunmuş, lakin heç bir nəticə çıxarmamışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Digər zərərçəkmiş şəxslər məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, Şəxs təyin olunmuş Ağstafa Rayon Məhkəməsinin 2(015)-352/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 120 manat məbləğində pul tutularaq tələbkar X3, Ağstafa Rayon Məhkəməsinin 2(015)-89/2012 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 3.000 manat məbləğində pul tutularaq tələbkar X1, Ağstafa Rayon Məhkəməsinin 2(015)-799/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar "xxxx" ASC-yə 2.856,25 manat məbləğində borcları yaranmışdır. Hətta əvvəl də inzibati məsuliyyətə cəlb olunmuş, lakin heç bir nəticə çıxarmamışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxsin və icra məmurunun Şəxs əvvəllər də inzibati məsuliyyətə cəlb olunması barədə fikirlərini dinləyib, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmasını yoxlayarkən məlum olmuşdur ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi aşkar olunmuşdur. Belə ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(015)- 865/2024 saylı qərarından görünür ki, Həsənov X5 Rayon Məhkəməsinin 2(015)- 352/2012 saylı, xx.xx.2012-ci il tarixli, 2(015)-89/2012 saylı, xx.xx.2015-ci il tarixli və 2(015)-799/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini üzürlü səbəbdən icra etmədiyindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 10 (on) gün inzibati qaydada həbs edilmişdir. Məlum olduğu kimi, İXM-nin 528.1-1-ci Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, onun barəsində inzibati xəta haqqında protokol İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs artıq bir dəfə inzibati məsuliyyətə cəlb olunmuş, ona görə də onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə yəni bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1925/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1925/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver