Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-193/2023 02.03.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Barəsində inzibati icraat aparılan Şəxs, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi X6 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 444.1, 447.0.3 və 456-cı maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Qida X2 Regional Bölməsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 444.1, 447.0.3 və 456-cı maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Qida X2 Regional Bölməsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, vətəndaş müraciətinə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli YPK- 011 nömrəli Qərarına və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY231892511 nömrəli çıxarışa əsasən Şəxs məxsus Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində fəaliyyət göstərən “Şans” restoranında xx.xx.2023-cü il tarixdə plandankənar (növbədənkənar) yoxlama keçirilmiş, yoxlama zaman ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, eləcədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, qida məhsullarının saxlanılması temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulması, standartların və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan qida məhsullarının və ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin (araq, çaxır) satılması aşkar olunduğundan Azərbaycan Respublikası Qida X3-X8 tərəfindən “Şans” restoranının barəsində İXM-nin 220.2, 444.1, 447.0.3 və 456-cı maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan “Şans” restoranının sahibi Şəxs tərtib olunmuş protokolla razılaşmayaraq göstərdi ki, protokol tərtib edilərkən bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, ona məxsus Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində fəaliyyət göstərən “Şans” restoranı vardır və həmin obyektdə sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirir. Həmin obyekt isə sanitar norma və qaydalara, eləcədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, qida məhsullarının saxlanılması temperatur rejiminə tam əməl edir. Lakin buna baxmayaraq guya hər hansı bir vətəndaş şikayəti əsasında onun obyektində Azərbaycan Respublikası Qida X3-X8 tərəfindən yoxlama aparılmışdır. Həmin yoxlama aparılarkən və oradan nümunələr götürülərkən heç bir mütəxəssis, ekspert və ya hal şahidi iştirak etməmiş, oradan götürülmüş nümunələr isə açıq şəkildə aparılaraq qablaşdırılmamışdır. Bundan sonra isə onlara məlum olmuşdur ki, guya restorandan aparılan məhsullar sanitar norma və qaydalara, eləcədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, qida məhsullarının saxlanılması temperatur rejiminə tam əməl olunmaqla saxlanılmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi X7 protokolu müdafiə edib göstərdi ki, vətəndaş müraciətinə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli YPK-011 nömrəli Qərarına və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY231892511 nömrəli çıxarışa əsasən Şəxs məxsus Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində fəaliyyət göstərən “Şans” restoranında xx.xx.2023-cü il tarixdə plandankənar (növbədənkənar) yoxlama keçirilmiş, yoxlama zaman ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, eləcədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, qida məhsullarının saxlanılması temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulması, standartların və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan qida məhsullarının və ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin (araq, çaxır) satılması aşkar olunduğundan Azərbaycan Respublikası Qida X3-X8 tərəfindən “Şans” restoranının barəsində İXM-nin 220.2, 444.1, 447.0.3 və 456-cı maddələri ilə protokol tərtib olunmuşdur. Həmin yoxlama aparılarkən və oradan nümunələr götürülərkən heç bir mütəxəssis, ekspert və ya hal şahidi iştirak etməmiş, oradan götürülmüş nümunələr isə açıq şəkildə aparılaraq qablaşdırılmamışdır. Götürülmüş içkilərin spirtli içki olması onların iyisindən məlum olmuş və həmin içkilər heç bir labaratoriya və ya ekspertizadan keçirilməmiş, analiz cavabları alınmamışdır. Ona görə də “Şans” restoranının inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, qanunvercilikdə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə və ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə məsuliyyət tədbirləri, yəni İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib. Lakin Şəxs məxsus Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində fəaliyyət göstərən “Şans” restoranında xx.xx.2023-cü il tarixdə plandankənar (növbədənkənar) yoxlama keçirilmiş, yoxlama zaman ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, eləcədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, qida məhsullarının saxlanılması temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulması, standartların və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan qida məhsullarının və ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin (araq, çaxır) satılması məhkəmə iclasında öz təsdiqini tapmamışdır, eyni zamanda inzibati protokol tərtib etmiş orqan tərəfindən həmin faktları təsdiq edəcək məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, qanuncericiliyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Lakin, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları tərəfindən “Şans” restoranında yoxlama aparılan zaman inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin götürülməsində qanunla müəyyən edilmiş prosedur qaydalarına riayət olunmamışdır. Obyektdə aşkar olunmuş maddi sübutların video və ya fotoşəkilləri çəkilməmiş, malların götürülməsi lazımi qayadada rəsmiləşdirilməmişdir. Eyni zamanda qanvericiliyə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilməli, ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunmalıdır. Lakin, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları tərəfindən “Şans” restoranında yoxlama aparılan zaman ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, eləcədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, qida məhsullarının saxlanılması temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulması, standartların və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan qida məhsullarının və ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin (araq, çaxır) satılması barədə ekspertiza təyin edilməmiş və bu barədə ekspert və ya mütəxəssis rəyi materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 71.1-ci maddəsinə əsasən elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Bundan başqa, qanunvericiliyə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Həmin Məcəllənin 94.5-ci maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, videoyazı barədə qeyd aparılır. Fotoşəkillərin, videoyazının tətbiq edilməsi nəticəsində əşyaların və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. Həmin Məcəllənin 94.8-ci maddəsinə əsasən götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. Lakin, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları tərəfindən “Şans” restoranında yoxlama aparılan zaman içkilər götürülməsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, əşyaların götürülməsi haqqında protokol tərtib edilməmiş, fotoşəkillər çəkilməmiş, videoyazı aparılmamış, götürülən əşyalar yerindəcə qablaşdırılmamış və möhürlənməmişdir. Bu səbəbdən həmin əşyaların qeyd edilən restorandan hansı vəziyyətdə aşkar olunması öz təsdiqini tapmır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs hazırki protokol olan 09 fevral 2023cü il tarixli MN ******* №-li inzibati protokola əsasən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi, Şəxs barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında iş üzrə icraat aparılmış və eyni fakt üzrə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi məhkəmədə hazırki icraat ilə bağlı bildirmişdir ki, inzibati xəta protokolu məhkəməyə hüquqi şəxs barəsində göndərilmişdir. Lakin hansı hüquqi şəxs barəsində inzibati protokol tərtib olunması müəyyən deyildir. “Şans” restoranı hüquqi şəxs statusunda deyil. “Şans” restoranı yoxlanılan təsərrüfat obyektidir. Hüquqi şəxsin statusunu və məvcuduluğunun əsasları qanunda müəyyən edilmişdir. “Şans restoranı hüquqi şəxs hesab oluna bilməz. Restoranın sahibi hesab olunan VÖİN əsasında fəaliyyət göstərən Şəxs barəsində isə artıq müvafiq qərar əsasında tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqdan inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, Azərbaycan Respublikası Qida X3-X8 tərəfindən tərtib olunmuş 09 fevral 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 444.1, 447.0.3 və 456-cı maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118, 220.2, 444.1, 447.0.3 və 456-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Qida X3-X8 tərəfindən tərtib olunmuş 09 fevral 2023cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 444.1, 447.0.3 və 456-cı maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-193/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-193/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver