Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1971/2024 28.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ağstafa rayon prokurorunun böyük köməkçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 11 saylı İxtisaslaşdırılmış dəmiryolu müəssisəsi MMC-də briqadir vəzifəsində işləyən, Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Prokurorluğu Ağstafa rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Prokurorluğu Ağstafa rayon prokurorluğundan material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, vəzifəli şəxs Əliyev X4 rayonu- X7 mənzilinin 499-cu km-də 9-cu PK-də dəmiryolunun düzəldilməsi işinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun aparılması üçün müvafiq tədbirlərin görülməsini təşkil etmədiyinə görə, yəni həmin vaxtı həmin işlərin aparılmasına cəlb edilmiş 11 saylı İxtisaslaşdırılmış dəmiryolu müəssisəsi MMC-də yol montyoru vəzifəsində işləyən X1 fərdi mühafizəsi üçün nəzərdə tutulmuş burun hissəsi dəmirdən hazırlanmış ayaqqabıdan istifadəsini təmin etmədiyinə görə vəzifə təlimatının 6-cı bəndinin və Əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST-ün 2.1, 2.4-cü bəndlərinin tələblərini pozmuş, nəticədə X3 xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Ağstafa rayonu, Böyük-Kəsik kəndində Böyük-Kəsik-Qardabani mənzilinin 499-cu km-də 9-cu PK-də üzü Ağstafa şəhəri istiqaməti üçün nəzərdə tutulmuş dəmiryolu relsinin düzəldilməsi zamanı əlində olan lomu relsin halqavari deşiyinə salaraq relsi yerinə oturtmaq istəyən zaman lomun relsin deşiyindən çıxması nəticəsində relsin tin hissəsi onun sol ayağının baş barmağı üzərinə düşmüş, və İxtiyar Namazov sol ayağın 1-ci barmağın proksimal falanqasının travmatik amputasiyasıla nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az-Ağır xəsarət almışdır. Rayon prokurorluğunda araşdırılan material üzrə Ağstafa rayon prokurorunun böyük köməkçisi Aydın Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət hadisəsi baş vermədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri aşkar edildiyindən barəsində inzibati icraat başlanaraq qərarın surəti aidiyyəti üzrə Ağstafa rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, 2016-cı ildən etibarən 11 saylı İxtisaslaşdırılmış dəmiryolu müəssisəsi MMC-də briqadir vəzifəsində işləmiş, Böyük-Kəsik stansiyasında dəmiryolunun düzəldilməsi işini görmüş, Goranboy rayon sakini X3 da müəssisənin işçisi olmuş, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində İxtiyar, O və digər bir neçə nəfər işçi Böyük-Kəsik stansiyasında dəmiryolu relslərinin quraşdırılması, yəni relslərin yerə yerləşdirilməsi işini görmüş, həmin zaman İxtiyar relsi əlindəki lomla yerə oturtmaq istəyən zaman relsin dəmir lomdan çıxması nəticəsində relsin tin hissəsi İxtiyarın sol ayağının baş barmağının üzərinə düşmüş, belə hadisə baş verən günü İxtiyarın əynində təhlükəsizlik geyim vasitələrindən sadəcə olaraq papaq və əlcək olmuş, ayaqda isə burun hissəsi dəmirdən olan çəkmə olmamışdır. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ağstafa rayon prokurorunun böyük köməkçisi X5 göstərdi ki, X3 xx.xx.2024-cü il tarixində Ağstafa Böyük-Kəsik Qardabani mənzilinin 499cu kilometrliyində dəmiryolunun quraşdırılması işini həyata keçirən zaman əlindəki lomla dəmir yolunu dəyişən zaman həmin reysin tin hissəsi onun ayağının baş barmağının üzərinə dümüş və o, xəsarət almışdır. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılmış, izahatlar alınmış, ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən X1 xəsarəti az ağır xəsarət olduğu müəyyən olunmuşdur. Eyni zamanda ekspert rəyində qeyd olunur ki, baş vermiş hadisə ilə əlaqədar briqadirin vəzifə təlimatının tələbləri pozulmuşdur. Belə ki, iş prossesi zamanı X1 ayağında onun təhlükədən qorumaq üçün nəzərdə tutulan çəkmə olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati icraat başlayaraq Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə xəta törətməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Göründüyü kimi, vəzifəli şəxs Əliyev X4 rayonu-X7 mənzilinin 499-cu km-də 9-cu PK-də dəmiryolunun düzəldilməsi işinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun aparılması üçün müvafiq tədbirlərin görülməsini təşkil etmədiyinə görə, yəni həmin vaxtı həmin işlərin aparılmasına cəlb edilmiş 11 saylı İxtisaslaşdırılmış dəmiryolu müəssisəsi MMC-də yol montyoru vəzifəsində işləyən X1 fərdi mühafizəsi üçün nəzərdə tutulmuş burun hissəsi dəmirdən hazırlanmış ayaqqabıdan istifadəsini təmin etmədiyinə görə vəzifə təlimatının 6-cı bəndinin və Əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST-ün 2.1, 2.4-cü bəndlərinin tələblərini pozmuş, nəticədə X3 xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Ağstafa rayonu, Böyük-Kəsik kəndində Böyük-Kəsik-Qardabani mənzilinin 499-cu km-də 9-cu PK-də üzü Ağstafa şəhəri istiqaməti üçün nəzərdə tutulmuş dəmiryolu relsinin düzəldilməsi zamanı əlində olan lomu relsin halqavari deşiyinə salaraq relsi yerinə oturtmaq istəyən zaman lomun relsin deşiyindən çıxması nəticəsində relsin tin hissəsi onun sol ayağının baş barmağı üzərinə düşmüş, və İxtiyar Namazov sol ayağın 1-ci barmağın proksimal falanqasının travmatik amputasiyasıla nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az-Ağır xəsarət almışdır. Rayon prokurorluğunda araşdırılan material üzrə Ağstafa rayon prokurorunun böyük köməkçisi Aydın Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət hadisəsi baş vermədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri aşkar edildiyindən barəsində inzibati icraat başlanaraq qərarın surəti aidiyyəti üzrə Ağstafa rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan əməyin təhlükəsizliyinin tədqiqi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli, 10/8323 nömrəli rəyindən görünür ki, Ağstafa rayonu, Böyük-Kəsik kəndində Böyük-Kəsik-Qardabani mənzilinin 499-cu km-də 9-cu PK-də Ağstafa şəhəri istiqaməti üçün nəzərdə tutulmuş dəmiryolunun düzəldilməsi işinin aparılması zamanı işçinin linglə (lomla) relsin yerdəyişməsini həyata keçirərkən ehtiyatsızlıq etməsi hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST”-ün 2.1, 2.4 bəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları” 11-ci bəndinin və 11 saylı ixtisaslaşdırılmış dəmiryolu müəssisəsində “Briqadir”-in vəzifə təlimatının F6 bəndinin tələbləri pozulmuşdur. Ağstafa rayonu, Böyük-Kəsik kəndində Böyük-Kəsik-Qardabani mənzilinin 499-cu km-də 9-cu PK-də dəmiryolunun düzəldilməsi işinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun aparılması üçün müvafiq tədbirlərin görülməsini, o cümlədən həmin işin aparılmasına cəlb olunmuş yol montyoru vəzifəsində işləyən X1 fərdi mühafizəsi olan burun hissəsi dəmirdən hazırlanmış ayaqqabıdan istifadəsini təmin etmədiyinə görə, vəzifə təlimatının F6 bəndinin və “Əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST”-ün 2.1, 2.4 bəndlərinin tələbləri həmin işin aparılmasına rəhbərlik etmiş 11 saylı İxtisaslaşdırılmış dəmiryolu müəssisəsinin briqadiri Şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 05 oktyabr 2024-cü il tarixli 426 nömrəli rəyində göstərilmişdir ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər- Sol ayağın 1-ci barmağın proksimal falanqasının travmatik amputasiyası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə ayağının üzərinə rels düşməsi nəticəsində əmələ gələ bilərdi. Beləliklə, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, inzibati xəta haqqında icraat başlanması haqqında qərar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 198.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1971/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1971/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver