Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1978/2024 10.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1985-ci ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində doğulmuş, təqaüdçü, Ağstafa rayonu rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon İcra və probasiya şöbəsindən inzibati material daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, həmçinin uşaq üç yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(015)-340/2013 saylı icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onun təqaüdü vardır və hər ay təqaüdündən aliment tutulur. Lakin bank sistemində olan nasazlıqlar səbəbindən aliment tutula bilməmişdir. O, aliment ödəməkdən yayınmır və təqadündən tutulmasını istəyir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs təqüdündən mütamadi olaraq aliment tutulmuş, lakin son 4 ay ərzində tutulmalar dayandırılmışdır. Alimentin dayandırılmasına səbəb kimi isə bank sistemində olan nasazlıqların olması bildirilmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 ifadəsində göstərmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(015)-340/2013 saylı icra sənədi üzrə Şəxs xx.xx.2010-cu il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, həmçinin uşaq üç yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulmalıdır. Şəxs təqüdündən mütamadi olaraq aliment tutulmuş, lakin son 4 ay ərzində tutulmalar dayandırılmışdır. Alimentin dayandırılmasına səbəb kimi isə bank sistemində olan nasazlıqların olması bildirilmişdir. Bu barədə müvafiq orqanlara xatırlatma məktubu göndərmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolla bağlı məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, Şəxs 966,52 manat təqaüd alır. Şəxs təqüdündən mütəmadi olaraq aliment tutulmuş, lakin son 4 ay ərzində tutulmalar dayandırılmışdır. Alimentin dayandırılmasına səbəb kimi isə bank sistemində olan nasazlıqların olması bildirilmişdir. Hazırki vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməməsi, tələbkara heç bir əmlak verməməsi və ya hər hansı miqdarda pul ödəməməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması sübut olunmur. Ona görə də, məhkəmə işin bu hallarını nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 10 dekabr 2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118 və 430.4-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 10 dekabr 2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-1978/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1978/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver